Ümumi Daxili Məhsul (ÜDM) 2021-ci ildə artım tempinə qayıdacaq. Diaspor info xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair rəyində bildirilir.Sözügedən rəyə əsasən, əgər dünya bazarında Azərbaycan neftinin qiyməti büdcədə nəzərdə tutulduğu kimi il üzrə ortalama 35 dollar qalarsa, bu zaman 2021-ci ildə ÜDM 3 faiz artacaq.Həmçinin, sənayenin qeyri-neft sektorunda məhsul istehsalının 2021-ci ildə 8,1 faiz artacağı, eyni zamanda neft sektorunda 3,0 faiz artım proqnozlaşdırılır.Növbəti illərdə ÜDM-nin artım tempinin 2022-ci ildə 4,8 faiz, 2023-cü ildə 3,7 faiz, 2024-cü ildə isə 3,1% olacağı gözlənilir.
625