MELİORASİYA İŞÇİLƏRİ ÇƏTİN VƏ ŞƏRƏFLİ PEŞƏ SAHİBLƏRİDİRLƏR.
Yaşadığımız həyatda bir çox peşə sahibləri vardır ki, onların varlığı bizim üçün həyati əhəmiyyətlidir. Müəllim, həkim və s. peşə sahiblərinin, hər bir şəxsiyyətin yetişdirilməsində xidmətləri var. Elə peşə sahibləri də, vardır ki, onlar da, həyati əhəmiyyətlidir və bununla yanaşı həm də, çox risklidir. Yanğınsöndürənlər, Xüsusi xilasetmə qrupları və s. Hansı ki, insanlar ən çətin vəziyyətlərdə, imdad diləyərək bu peşə sahiblərinin köməyindən bəhrələnirlər. Meliorasiya işçiləri də, çətin və məsuliyyətli peşə sahibləridir. Od kimi, bəzən su da, çox təhlükəli olur. Sel suları, çayların öz məcrasından çıxması və s. kütləvi insan həyatı üçün çox təhlükəlidir. Bəlkə də, çoxları bu peşə sahiblərinin nə qədər əziyyət çəkdiklərindən və nə qədər riskli olduğundan xəbərsizdirlər. Xüsusən də, şəhərdə yaşayanlar bu şərəfli peşə sahiblərinin işindən bir o qədər də, məlumatlı deyildirlər. Lakin rayon, kənd və xüsusən də, dağ və dağətəyi rayonlarda yaşayanlar meliorasiya işçilərinin əziyyətini görür və qiymətləndirirlər.
Bu gün Azərbaycan Meliorasiya Və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə Əhməd Əhmədzadə kimi peşəkar, Dövlət və dövlətçiliyə sədaqətli bir Dövlət qulluqçusu, ən nəhayət Ağsaqqal rəhbərlik edir. Dağ və dağətəyi yaşayış məskənləri olan Qax, Zaqatala, Balakən rayonlarında da, meliorasiya işçilərinin xidmətləri danılmazdır.
Azərbaycan Meliorasiya Və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Zaqatala Suvarma Sistemləri İdarəsi də, öz işini dövrün tələblərinə uyğun şəkildə qurmuş və maksimum keyfiyyətli xidmət göstərməyə çalışır. Sözügedən rayonda 15562 ha. suvarılan torpaq sahələri mövcuddur ki, onları ərazidən keçən çay sularından istifadə etməklə suvarırlar.
Zaqatala SSİ-nin xidmət etdiyi ərazidən keçən Muxax, Tala, Qara və Katex çayları dağ çayları olduğu üçün tez-tez fəsadlar törədir. Odur ki, həmin sulardan səmərəli istifadə etmək üçün savadlı mütəxəssislər sözün əsl mənasında baş sındırmalı olurlar.
Zaqatala SSİ-nin rəisi Fikrət Şərifov da, çox təcrübəli, peşəkar mütəxəssisdir. Onun peşəkar komandası Əhməd Əhmədzadənin rəhbərliyi altında xalqına, dövlətinə keyfiyyətli meliorativ xidmət göstərir. Bu gün Zaqatalada suvarılan torpaq sahələrində su təminatının yaxşılaşdırılması, suvarılan torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması, su ehtiyyatlarının qənaətlə və səmərəli istifadə edilməsi üçün 563, 2 km uzunluğunda suvarma şəbəkəsi onların üzərində isə 34 ədəd h/texniki qurğu mövcuddur. Suvarma kanalları əsasən torpaq məcralıdır. Onlardan yalnız 18 km 669 m-i beton üzlüklüdür.
Dövlət başçısı, cənab Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində son illər aqrar sahəyə daha çox diqqət yetirilir desək, yanılmarıq. Belə ki, bütün regionlarda olduğu kimi Zaqatala rayonunda da, köhnəlmiş nasoslar və başqa avadanlıqlar yenisi ilə əvəz olunub. Bu ilin yaz aylarından artıq Zaqatala SSİ-si Mosul, Kəpənəkçi, Yengiyan, Qandax, Faldar və Muğanlı kəndlərinin şəbəkə altında olan sahələrinə suyun verilməsi daha keyfiyyətlə təmin edilib. Sözügedən kəndlərdə əkilmiş Tütün, Qarğıdalı, Fındıq, Tut tingliyi və s. suvarılması da, Zaqatala SSİ-si tərəfindən yerinə yetirilir. Bəzən nasos stansiyaları sutka ərzində 12 saata kimi işləyir. Zaqatalada suvarmanın daha da, mütəşəkkil təşkili ilə əlaqədər 3 sudan istifadə birliyi yaradılıb. Onların fəaliyyətinin yaxşılaşdırılması üçün Qımır və Əliabad sudan istifadə birliyinə inzibati bina, hər birinə bir ekskovator ayrılmış və kompyuter texnologiyası ilə də təmin olunmuşdular.
Suvarma sistemləri idarəsinin işinə çətinlik yaradan problemlərdən biri də, daxili arxların təmizlənməməsidir, hansı ki, bu işlə məhz fermerlər məşğul olmalıdırlar. Belə ki, daxili arxların içərisini kol-kos basan zaman suyun keyfiyyətli verilməsi mümkün deyildir. Bundan əlavə böyük kanalların içərisini də, lil tutur ki, bu işi isə SSİ-i özü görür. Zaqatala SSİ-i də, cari ildə 321000 kub. metr həcmində suvarma kanallarını lildən təmizləmişdir ki, bu da, suyun keyfiyyətli verilməsinə xidmət edir.
Bəzən dağ çayları, sel sularının sürətli axması nəticəsində bəndləri yuyur, yaxınlıqdakı yaşayış massivlərinə çox ciddi maddi ziyan verir. Bunun qarşısını almaq üçün SSİ-i işçiləri maksimum çalışırlar. Zaqatala SSİ-i 2020-ci ilin müvafiq dövründə istismar tədbirlər planına uyğun olaraq, rayon ərazisindən axan çaylarda əkin sahələrinin və yaşayış məntəqələrinin sel təhlükəsindən mühafizə edilməsi sahəsində, xeyli mühafizə bəndləri təmir etmişdir. Muxax çayının sağ və sol sahilində, Yuxarı Çardaxlar kəndi ərazisində 1362 kub.metr təmir işi görülüb.
Muxax çayının sol sahilində Suvagil kəndi ərazisində 461 ədəd Qabion bənd quraşdırılıb. Rayonun bütün çaylarında sel sularından mühafizə məqsədilə 686, 6 min kub.metr həcmində çay yataqlarının təmizlənməsi işi görülüb. Zaqatala şəhəri və Silban kəndlərinin və eləcə də Muxax çayının sol sahilində Gözbarax kəndinin əkin sahələrini mühafizə etmək məqsədilə Dövlət vəsaiti hesabına Silban çayda 450 p/m və Muxax çayda 100 p/m Katex çayda 100 p/m uzunluğunda mühafizə bəndləri tikilmişdir.
Zaqatala rayonunda ümumiyyətlə su təminatının yaxşılaşdırılması məqsədilə kəndlərin əksəriyyətində subartizyan quyuları qazılmış və bundan sonra da, 18 ədəd subartizyan quyularının qazılması nəzərdə tutulub ki, bu da ümumiyyətlə içməli və suvarma sularının təminatının yaxşılaşdırılmasına xidmət edəcəkdir.
ƏLMANİZ ƏLƏKBƏRLİ.
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.