Türk ordusu Qarabağa göndərilir-Parlament qərar hazırlayır
DİASPOR.İNFO saytı yenilik.az saytına istinadən xəbər verir ki, Türkiyə parlamenti Ankaraya Türkiyə Silahlı Qüvvələri bölmələrinin Dağlıq Qarabağa göndərilməsi üçün qanuni əsas verən qərar hazırlamağa başlayıb.
Qətnamənin bu həftə parlamentə, gələn həftə isə plenar iclasa təqdim edilməsi planlaşdırılır. “Türk parlamenti beynəlxalq hüquqa zidd olmadığı təqdirdə, Türk silahlı qüvvələrinin xarici ölkələrə göndərilməsinə və ya xarici silahlı qüvvələrin Türkiyədə olmasına icazə vermək səlahiyyətinə malikdir. Bu məsələnin parlamentdə baxılacağını və yaxın gələcəkdə həll ediləcəyini təxmin edirik. Hadisələrin inkişafını yaxından izləyirik”, – deyə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının nümayəndəsi mətbuat konfransında bildirib.