Məşhur zurna ifaçısı Nəriman Şahbuzlu Cıdır düzündə qələbəni belə bayram etdi - VİDEO
Azərbaycanın mədəniyyət beşiyi, qeyrət qalamız Şuşanın Ermənistan ordusunun işğalından azad edilməsi münasibətilə əsgərlərimiz Cıdır düzündə yallı gediblər. DİASPOR.İNFO xəbər verir ki, bununla bağlı sosial şəbəkədə görüntülər yayılıb.
Videonu bizə göndərən şəxsin dediyinə və videodan da göründüyü kimi, Cıdır düzündə təşkil olunmuş konsertdə qara zurnada ifa edən şəxs Naxçıvanda və Azərbaycanın digər bölgələrində tanınan məşhur ifaçı Nəriman Şahbuzludur.
Qeyd edək ki, əsgərlərimizin rəqs etdiyi yerdə vaxtilə sərxoş Nikol Paşinyan yallı getmişdi. Azərbaycan ordusu bununla da bir daha sübut etdi ki, bu torpaqların əsl sahibləri onlardır.
420