Ermənilər dağıdıb, “Azərişıq” isə Cəbrayılı işıqlandırır.
Azərbaycanın işğaldan azad edilən tarixi torpaqlarında ermənilər tərəfindən evlər dağıdılıb, işıq dirəkləri isə sıradan çıxarılıb. DİASPOR.İNFO xəbər verir ki, bütün bunlara baxmayaraq, azad edilən torpaqlarda yenidənqurma işlərinə başlanılıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdən məlum olur ki, “Azərişıq” ASC işğaldan azad olunan Cəbrayıl rayonuna yeni elektrik dirəkləri quraşdırıb. Bunun nəticəsində rayonun bir sıra kəndlərinə elektrik enerjisinin verilişi bərpa edilib.
Ötən gün “Reuters” agentliyi məlumat yaymışdı ki, Azərbaycana təhvil veriləcək Kəlbəcər rayonunun kəndlərində elektrik dirəkləri dağıdılır və azərbaycanlıların istifadəsi üçün yararsız hala salınır.
[media=http://baku.tv/embed/28237]
//baku.tv/az/dunyaa/28237/http://baku.tv/embed/28237[media=]