"Erməni terrorunun qurbanı olan uşaqlara həsr edilir" VİDEO
Müğənni Aysel Məmmədova bu dəfə Xalq artisti Alim Qasımovla duet oxuyub. DİASPOR.İNFO-nun məlumatına görə, "Yat rahat" adlı mahnının müəllifi Aysel özüdür. Mahnının muğam hissəsindəki qəzəl Xosrov Sərtibi tərəfindən yazılıb.
Yeni layihəsindən danışan sənətçi bildirib ki, bura üç mahnı daxil olacaq: "Ölkədə baş verən hadisələrlə əlaqədar olaraq neçə vaxtdır ki, hamımızın göz yaşları sevinclə əvəzlənib. Mülki şəxslərin, uşaqların atəşə tutulması bu mahnını yazmağıma səbəb olub. Ən əsas da Gəncədə baş verən erməni terrorundan sonra oturub belə bir iş hazırlamaq qərarına gəldim.
Mahnıların hazırlanması prosesində Bərdə şəhəri də atəşə tutuldu, burada da uşaqlar öldürüldü. Layihəni erməni təcavüzünün qurbanı olan uşaqların xatirəsinə həsr etməyə qərar verdik. Burada üç mahnı var və bunlardan birincisi muğam ustası Alim Qasımovla birlikdə ifa etdiyimiz "Yat Rahat"dır".