"Türkiyə ŞKTC-nin haqqına və hüququna sahib çıxacaq" – Hulusi Akar
"Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) təhlükəsiz olmasını təmin etmək üçün əlimizdən gələni etməliyik. Təhlükəsizliyi təmin edilsin ki, arxasınca firavanlıq gələ bilsin. Bu məsələdə mövqeyimiz aydındır, Şimali Kipr Türkiyə üçün milli bir məsələdir. Bu, yeni dövrdə də davam edəcəkdir". DİASPOR.İNFO xəbər verir ki, bu sözləri Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.
Nazir bəyan edib ki, yunanlar barışmaz mövqelərindən əl çəkməli, oradakı türk varlığı qəbul edilməli və suveren və bərabər hüquqlarının olduğu qəbul edilməlidir: "Türkiyə hər zaman olduğu kimi, ŞKTC-nin haqqına və hüququna sahib çıxacaq, heç bir şəkildə hüquqlarının çeynənməsinə imkan verməyəcək".
Tədqiqat gəmilərinin Şərqi Aralıq dənizində texniki və elmi işlərinə davam etdiyini bildirən Hulusi Akar bu gəmilərin işlərinə davam etdiyini deib: "Gəmilərin təhlükəsizliyini təmin edirik, onları müşayiət edirik. Bununla əlaqədar mənafelərini qorumağa israrlıyıq".
Müəllif: Aysel Məmmədova