"Müharibənin 5-ci günündə 1500 fərarimiz var idi" Erməni general
"Silahlı qüvvələrin informasiya mərkəzi olur və bu mərkəzin öhdəliyinə düşən vəzifələrdən biri də düşməni çaşqınlığa salmaqdan ibarətdir. Yəni yalan informasiyaların yayılması". DİASPOR.İNFO xəbər verir ki, bu fikirləri Ermənistan ordusunun baş qərargahının sabiq rəisi, general Movses Akpoyan bildirib.
Akopyan buna rəğmən qeyd edib ki, burada da müəyyən prinsiplər mövcuddur: "Yəni yalan informasiyanın yalnız 30%-ini tətbiq etmək, yerdə qalanı isə həqiqəti əks etdirməlidir. Bizim yalan informasiyalarımız isə 100%-i təşkil edib".
Erməni generalı etirafda da bulunub. "Müharibənin 5-ci günü bizim artıq 1500 fərarimiz var idi. Onlar müəyyən yerlərdən toplanmışdılar. Fərariləri Ermənistana geri dönməmələri və ölkədə panika yaymamaları üçün xüsusi yerlərdə saxlayırdılar", Akopyan deyib.
Rövşən RƏSULOV