Rusiyada koronavirusa yoluxanların sayı 2 milyonu ötdü
Rusiyada son bir gündə daha 23 610 nəfərə COVID-19 diaqnozu qoyulub. DİASPOR.İNFO-nun xəbərinə görə, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb. Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 2 015 608 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 463 nəfər artaraq 34 850-yə yüksəlib. Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 1 526 656 nəfər sağalıb.
Müəllif: Gülyana
218