BALAKƏNDƏ VƏTƏNPƏRVƏR İDMANÇIYA BÖYÜK EL SEVGİSİ VAR.
Diaspor.info saytının Şimal-qərb bürosu həmişə bölgədə olan reklamsız idmançılarla bağlı yazılar yazmış onların gələcək idman karyerasında az da, olsa öz rolunu oynamışdır. Məsələn: Balakən rayon Gİİ-nin rəhbəri Rasim Paçalovun təşkilatçılığı ilə vaxtilə Oluxan Musayev haqqında bir neçə yazılar yazdıq.
Bu gün Oluxan Musayev bir neçə dəfə paraolimpiya çempionu olub.
Bu günlərdə redaksiyamıza bir neçə rayondan fərqli-fərqli peşə sahiblərindən məktublar daxil olub.
DİASPOR.İNFO SAYTINA BALAKƏN RAYONUNDAN DAHA BİR MƏKTUB DAXİL OLUB. (məktubun mətni maraqlı olduğu üçün yazıldığı kimi də, oxucularımıza çatdırırıq)
“Hörmətli redaksiya, biz sizin ədalətli yazılarınızın daimi oxucularıyıq. Odur ki, sizə bir idmançı haqqında təşəkkür məktubu yazmağa qərar verdik. Təşəkkür edəcəyimiz şəxsiyyət Ruslan Hüseynovdur, bəli o, həqiqətən də, şəxsiyyətdir.
“Ruslan Hüseynov Balakən Olimpia İdman Kompleksində, Kikboksinq idman növündən bizim balalarımıza dərs verir”.
Bəlkə də, burada elə bir qəribə halın olmadığını düşünəcəksiniz, ancaq söhbət təkcə məşqçidən getmir. O, məşqçi olmaqla yanaşı həm qardaş, həm ata, həm də, sədaqətli dostdur. Əsil Azərbaycanlıdır, baxmayaraq ki, Gürcüstan vətəndaşıdır, orada dünyaya göz açıb, ancaq İkinci Qarabağ savaşı başlayan günü hərbi komissarlığa ilk gedənlərdən də, biri məhz Ruslan oldu. Düzdür onu Azərbaycan Respublikasının qanunlarına görə müharibəyə aparmadılar, çünki işləmək icazəsi olmasına baxmayaraq, müharibədə iştirakına qanunlarımız yol vermir. Ruslan bizim üçün Vətənpərvərlik nümunəsidir.
Onun böyük ürəyi Vətən eşqi ilə döyünür, çünki damarlarından təmiz, qeyrətli Azərbaycanlı qanı axır.
Ruslan Hüseynov öz tələbələrini vətənpərvərlik ruhunda elə tərbiyə edir ki, az yaşları olmasına baxmayaraq, bütün şagirdləri döyüşə onunla birgə getməyə hazır idilər. Balaca uşaqlarımız onun sayəsində nəinki pis vərdişlərə meyl etmir, əksinə əsil Azərbaycan əsgəri kimi, həm də, xüsusi təyinatlı əsgər kimi yetişirlər.
Hörmətli redaksiya, onun hazırladığı idmançıların valideynləri arasında çox imkansız ailələrdən olanlar var, bizlər ona heç bir yolla minnətdarlıq edə bilmirik. Bu insanın gözü o qədər toxdur ki, şagirdlərinin heç birini öz doğmasından ayırmır, hamıya eyni sevgi göstərir. Baxmayaraq ki, özü də, maddi imkanları geniş olan biri deyil, ancaq Türklər demişkən, əsas odur “Adam kibi Adamdır”.
Bu gün onun doğum günüdür, elindən obasından ayrı düşərək, məhz bizim balalarımıza idman dərsi keçdiyi üçün ona minnətdarlıq hissimizi sizin vasitənizlə bildirmək istədik.
Ümid edirik, ki, həmişə olduğu kimi siz də, peşəkar jurnalist kimi bizim müraciətimizə ciddi yanaşacaqsınız.”
Diaspor.info saytının Şimal-qərb bürosu Ruslan Hüseynovla bağlı bir neçə balakənlidən fikir öyrənərək, onun həqiqətən də, vətənpərvər idmançı olduğunu öyrəndi.
Bəli, bizim dünyada tanıdığımız, vətənindən uzaq yerlərdə məşqçilik edən həmsöhbətlərimiz çox olub.
Məsələn: Rusiya, Çelyabinsk şəhəri Kikboksinq Federasiyasının rəhbəri, Rusiyanın Əməkdar idman ustası, əməkdar hakim və məşqçi, hətta, haqqında sənədli film çəkilmiş Rəqib Abdullayev kimi soydaşlarımız var. Söhbət bir insanın harada doğulmağından, harada işləməyindən getmir, əsas odur ki, mübariz olasan və öz peşəni sevəsən. Biz inanırıq ki, Ruslan Hüseynov da, Azərbaycanın idman sahəsindəki xidmətlərinə görə, onun ən böyük titullarına sahib olacaqdır.
Bunun üçün onda həm böyük və insani ürək, həm potensial, həm də, peşəsinə sevgi vardır.
Biz də, Diaspor.info saytı olaraq, Ruslan Hüseynovu doğum günü münasibətilə ürəkdən təbrik edirik, can sağlığı arzulayırıq.
Arzulayırıq ki, tələbələri arasında Avropa, Dünya çempionlarının sayı o qədər çox olsun ki, saymaqla bitməsin.
Sonda onu da xüsusi vurğulamaq istəyirik ki, bəzən insan yaşadığı həyatda bir çox şeyi maddiyyatla əldə edə bilir, təkcə insanların ona olan həqiqi sevgisindən başqa. Bu gün Ruslan xoşbəxt insandır ki, ona yaşadığı və işlədiyi bölgədə böyük el sevgisi, insani sevgi, böyük coşqu dolu təmənnasız sevgi var. Bunun adı XOŞBƏXTLİKDİR.
DİASPOR.İNFO
BALAKƏN
[center]
519