Ermənistan: Azərbaycan qarşısında məğlubiyyət və Sorosun qrantlar faciəsi ARAŞDIRMA + FAKT
“Açıq cəmiyyət” tərəfindən maliyyələşdirilən çoxsaylı təşkilatlar Ermənistanın praktiki olaraq bütün ictimai sahələrində işləyiblər
Hələ bu ilin fevral ayında, yəni Qarabağda baş vermiş və Azərbqaycanın qələbəəsi ilə başa çatmış Vətən müharibəsindən aylarca əvvəl Sputnik agentliyinin erməni xidməti Corc Sorosun fondu ətrafında ilginc məqalə ilə çıxış etmişdi. Həmin məqalədə rəngli inqilablar vasitəsi ilə qazanclar əldə edən amerikalı milyarderin görünməyən tərəfləri açıqlanmaqla yanaşı, digər cəhətləri haqqında bəhs olunmuşdu.
Lakin agentlik digər bir məsələyə - Sorosun fəaliyyətinin “xeyirxahlığa” deyil, əslində “xeyirxahlıq” adı altındakı plan və məqsədləri barədə də yazıb, hətta deyərdik ki, ifşaedici məqamlara toxunub. SİA olaraq həmin yazıdakı mühüm və maraq doğuran bəzi detalları dəyərli oxucu auditoriyamızın diqqətinə çatdırırıq.
“Bir sıra ölkələrdə Soros fondu daxili işlərə müdaxilə edilməkdə ittiham olunur”
Beləliklə - “Corc Soros tərəfindən maliyyələşdirilən təşkilatlar müxtəlif sahələrdə fəaliyyət göstərirlər – media, korrupsiya ilə mübarizə, demokratiya naminə, xəstə insanların, transgenderlərin, qadın və uşaqların hüquqlarının qorunması. Məqsədlər xoşməramlıdır, ancaq hamısı birmənalı deyil – bir sıra ölkələrdə Soros fondu daxili işlərə müdaxilə edilməkdə ittiham olunur”, deyə 2020-ci ilin 5 fevral tarixində işıq üzü görən məqalədə bildirilir.
“Açıq cəmiyyət” (Soros fondu) qeyri-hökumət təşkilatı tərəfindən maliyyələşdirilən çoxsaylı təşkilatlar Ermənistanın praktiki olaraq bütün ictimai sahələrində işləyirlər. Hətta Sorosun özü bildirmişdi ki: “Ermənistanın mövcud demokratikliyi və gələcəyi üçün vətəndaş cəmiyyətinə güclü dəstək vacib və həyati məqsəd daşıyır”.
Həmin məqalədən məlum olur ki, Soros fondunun Ermənistan filialı 1997-ci ildə yaradılıb. 60-a qədər çoxsayılı təşkilatlar fond tərəfindən maliyyələşdirilib, 2003-cü ildə isə onlar birləşərək “Açıq cəmiyyət uğrunda partnyorluq” təşəbbüsünə qoşulublar. Bu, geniş spektoru əhatə edən təşkilatlara səhiyyə, KİV, siyasi araşdırma və analiz mərkəzləri, gənclərin problemi, təhsil və s. sahələr aid olub. Lakin qalmaqallı maliyyəçinin fondları bir sıra ölkələrin daxili işlərinə qarışıb.
3 milyon dollar 2017-2018-ci illərdə hansı təşkilatlara ayrılıb?
“Daha əvvəl biz fond tərəfindən 2012-2017-ci illərdə hansı təşkilatların (Ermənistanda) sabit şəkildə maliyyələşdirilməsi barədə yazmışdıq”, deyə qeyd edən Sputnik Armeniya təşkilatın 2017-2018-ci illər ərzində dəyəri 3 milyon dollar olan qrantlar ayırdığını da yazıb. Onlar aşağıda təqdim edilən təşkilatlardır:
Transparency International antikorrupsiya mərkəzi 231,4 min dollar, Factor TV 186 min dollar, Union of Informed Citizens (İnformasiyalı vətəndaşlar ittifaql) 228 min dollar, Asparez Jurnalistlər Klubu (Asparez, Journalists' Club) 120 min dollar, Beynəlxalq Jurnalistlər Şəbəkəsi (Umbrella, Journalists International Network) 157 min dollar, Publik Jurnalistika Klubu və Media-Mərkəz 150 min dollar, Bərabər hüquq və 3-cü Məqalə (Hodvac 3) 183 min dollar, İctimai siyasət İnstitutu (Institute of Public Policy) 155 min dollar, “Araşşdırmaçı jurnalistlər təşkilatı və “Hetq” internet-qəzeti 210 min dollar, Vanadzor – Helsinki Vətəndaş Assambleyasının Ermənistan bürosu 139,7 min dollar, Ermənistanın Hellsinki komitəsi 104,8 dollar, Qloballaşma mərkəzi və regional əməkdaşlıq təşkilatı 58,5 dollar, Bun TV 109 min dollar, “Mandat” ictimai təşkilatı 143 min dollar, "Khoran Ard" ictimai təşkilatı 40 min dollar, Armavirin inkişafı mərkəzi 40 min dollar, Martuninin qadınlar şurası 40 min dollar, “Qoris press-klubu” 40 min dollar, “Region” araşdırmalar mərkəzi 19,7 min dollar, “Ictimai siyasət milli araşdırmalar mərkəzi (National Center of Public Policy Research) 99 min dollar, “İctimai gün xəbəri” QHT-i (Public Agenda) 37 min dollar, “Real dünya, real insanlar” (Real World, Real People) 70 min dollar, “İnsan hüquqlarının inkişafı mərkəzi” (Center for Rights Development) 88,4 min dollar, “İctimai araşdırmalar mərkəzi” QHT-si ("Advanced Public Research Group") 20 min dollar, “Doğru tərəf” (Right Side) 5min dollar, Qadın resurs mərkəzi (Women's Resource Center) 55 min dollar, İrəvan Tibb Universiteti 20 min dollar, Ermənistan elmi səhiyyə dövlət kitabxanası 2,5 min dollar, İrəvan dövlət universitetinin psixologiya mərkəzi 22,5 min dollar, Erməni gənclərinin tərəqqisi (Armenian Progressive Youth) 20 min dollar, Qadın zorakılığına qarşı koalisiya (Coalition to Stop Violence Against Women) 23,6 min dollar, Sərhədsiz hüquq müdafiəsi təşkilatı 23,6 min dollar, İrəvanın görmə qabiliyyəti zəif olan uşaqlar üçün 14 saylı x üsusi məktəbi 8,5 min dollar, Hüquqi ekspertiza və inkişaf mərkəzi (Legal Analyses and Development Center) 33,6 min dollar, Qısqanclıq və diskriminizasiya ilə mübarizə koalisiyası 87 min dollar, Gənclər dəyişikliklər uğrunda (Youth for Change) 7,8 min dollar, “Ümid körpüsü” 720 dollar, “Sərhədsiz hüquq müdafiəsi” 26,8 min dollar, “ATHK Hamakarg” (Lragir.am saytı) 3,7 min dollar, Ermni psixoonkoloji assosiasiyası (Armenian Psycho-Oncology Association) 30,5 min dollar, "Gümrünün tərəqqisi mərkəzi" (Progress Gyumri, Civil Society Development Center) 9, 3 min dollar, "Səhiyyə siyasəti və innovativ mərkəz” QHT-si (Health Policy and Innovation Center, NGO) 9,5 min dollar, "Vətəndaş gənclər mərkəzi" (Civil Youth Center, NGO) 9,6 min dollar, "Spitakın Helsinki qrupu” QHT-si (Spitak Helsinki Group, NGO) 9 min dollar.
Məhz bundan - yəni Serj Sarqsyan hakimiyyəti uzaqlaşdırıldıqdan sonra Ermənistanda Sorosun himayəsi altında fəaliyyət göstərən təşkilatlar və onların koordinatorları Nikol Paşinyan hökumətində vəzifələr aldılar, deputat seçiliblər və İrəvanın məsləhət şurasına daxil olublar.
Əlavə olaraq, 2017-ci ildə parlament seçkiləri ərəfəsində debatların təşkilinə, seçkilərin işıqlandırılmasına yerli telekanallar olan Dzagedzor (SOSI TV, 3200 dollar), Kyavar TV (11 min dollar), Tsayg TC (21 min dollar), ALT TV Media (6 min dollar), Lori TV (6 min dollar), GALA TV Company (6 min dollar) üçün qrantlar ayrılıb. Bütün bunların məhz Nikol Paşinyanın təbliğatı üçün sərf edildiyi bəlli olmaqdadır.
Azərbaycanla yanaşı, Türkiyə və Rusiya da Sorosu rədd edib
O da məlumdur ki, Soros fondunun fəaliyyəti Azərbaycan da daxil olmaqla bir sıra ölkələr tərəfindən qadağan olunub. 2013-cü ildə hökumətə qarşı qrant proqramları icra etdiyinə görə Sorosun Türkiyədəki fəaliyyətinə xitam verilməsi barədə qərarı Rəcəb Tayyib Ərdoğan vermişdi.
Rusiyanın isə baş prokurorluğu bəyan etmişdi ki, Soros fondu Rusiya Federasiyasının konstitusiya quruluşuna, dövlət təhlükəsizliyinə təhdid məqsədi daşıyır.
Beləliklə, artıq tam qənaətə gəlmək mümkündür ki, bu gün qüdrətli Azərbaycan dövləti qarşısında məğlub durumuna düşən Ermənistanın çıxılmaz və böhranlı vəziyyətinin daha bir tərəfi Soros fondunun adı ilə bağlıdır.
Rövşən RƏSULOV