"Mançester Yunayted" 18 yaşlı futbolçunu transfer etdi
İngiltərənin "Mançester Yunayted" klubu İtaliya "Atalanta"sının futbolçusu Amad Diallonu heyətinə qatıb. DİASPOR.İNFO-nun məlumatına görə, bu barədə "qırmızı şeytanlar"ın baş məşqçisi Ule-Qunnar Şulşer Premyer Liqanın 17-ci turunda "Aston Villa"nı 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında bildirib.
47 yaşlı mütəxəssis transferdə heç bir maneənin olmadığını və 18 yaşlı kotdivuarlı vingerin komandaya qoşulacağını söyləyib.
Qeyd edək ki, Amad Diallo 2019-cu ildən "Atalanta"nın əsas komandasındadır.
220