Teymur Rəcəbov Levon Aronyanı məğlub edib
Onlayn blits şahmat üzrə "Airthings Masters" turnirinin final görüşlərinə start verilib.
DİASPOR.İNFO xəbər verir ki, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov və Ermənistan təmsilçisi Levon Aronyan bu gün ilk matçda münasibətlərinə aydınlıq gətirib. 4 oyundan ibarət qarşılaşmada Teymur qalib gəlib. Üç görüşdə heç-heçə edən təmsilçimiz son partiyada qara fiqurlarla qələbə qazanıb – 2,5:1,5.
Qeyd edək ki, 200 min dollar mükafat fondu olan turnirdə 12 şahmatçı mübarizəyə başlayıb. Dairəvi sistemlə keçirilən ilk mərhələdən sonra 8 iştirakçı nokaut sistemi ilə yarışı davam etdirib.
Turnirin qalibi 60 min dollar qazanacaq.
254