RAMİN QULUZADƏ İŞƏ QARIŞDI VƏ ŞƏHİD ANASININ BEŞ AYA HƏLL OLUNMAYAN PROBLEMİ BİR HƏFTƏYƏ ÖZ HƏLLİNİ TAPDI.
Azərbaycan Respublikası Nəqliyyat , Rabitə və Yüksək Texnologiyalar Naziri Ramin Quluzadəyə Şəhid anasından təşəkkür.
Balakən rayonu Gərəkli kənd sakini Şəhid Dibirov Vüqarın anası Zemfira Dibirova rayon rəhbərliyinin onun evinə telefon çəkdirməsini xahiş etmişdi..
Bu barədə video-müsahibədə geniş danışılıb. Diaspor info saytı olaraq şəxsən Cənab nazirimizlə əlaqə saxladıq (sosial şəbəkə üzərindən) bir həftə keçmədi ki, Şəhid anasına telefon xətti verildi və indi o, kənarda yaşayan qohum-əqrabası ilə internet üzərindən rahat danışa biləcək.
Cənab Nazir sizə xüsusi təşəkkür edirik. Balakən rayon telekommunikasiya qovşağından, səhv etmirəmsə baş mühəndis (İmran müəllim) şəxsən bizimlə əlaqə saxladı və müraciətimizlə maraqlandı. Demək ki, Cənab nazir yalnız ümid sizəymiş...
Saytımız adından da, Sizə Çox təşəkkür edirik.