• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Cəhbə Xəbərləri
    • Yazarlar

İctimai Birliklər və Dini Qurumlar komitəsinin iclası keçirilib

26-01-2021, 16:00 | Baxılıb: 60
“İctimai Birliklər və Dini Qurumlar komitəsinin iclası keçirilib

İctimai Birliklər və Dini Qurumlar komitəsinin iclası keçirilib



Yanvarın 25-də Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi yaz sessiyasında ilk iclasını videoformatda keçirib.

DİASPOR.İNFO xəbər verir ki, onlayn iclasda Milli Məclis Sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli payız sessiyasının Vətən müharibəsi günlərinə təsadüf etdiyini və hər bir azərbaycanlının həyatında ən yaddaqalan tarixə çevrildiyini qeyd edib. Vurğulayıb ki, 44 günlük müharibədə Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi, müzəffər Azərbaycan Ordusunun rəşadəti ilə qazanılan qələbə millətin 30 illik nisgilinə son qoyub, dünya dövlətləri arasında ölkəmizin yerini və mövqeyini gücləndirib.

Vitse-spiker qeyd edib ki, düşmənlə savaşda Milli Məclisin rəhbərliyi və hər bir deputatı müharibənin gerçəklərini dünyaya çatdırmaq və işğalçı tərəfin yalanlarını ifşa etmək istiqamətində ciddi fəaliyyət göstərib. Vurğulayıb ki, müharibə və pandemiya şəraitinin yaratdığı çətinliklərə baxmayaraq, payız sessiyasında Azərbaycan parlamenti öz işini ən yüksək səviyyədə davam etdirib, qarşıda duran vəzifələr layiqincə yerinə yetirilib.

Sonra Fəzail İbrahimli 2020-ci ilin payız sessiyası dövründə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsində görülən işlər barədə hesabatı təqdim edib. Bildirib ki, hesabat dövründə komitənin 7 iclası keçirilib, 9 məsələyə baxılıb. O cümlədən, sessiya ərzində “Siyasi partiyalar haqqında” qanunda dəyişiklik edilməsi barədə məsələ Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə birgə videokonfrans formatında, üç oxunuşda müzakirə edilərək plenar iclasa tövsiyə olunub və Milli Məclisdə qəbul edilib. Komitə büdcə zərfinin müzakirəsində də fəallıq göstərib.

Hesabat dövründə vətəndaşlardan, idarə və təşkilatlardan daxil olan 242 ərizə və məktuba, müxtəlif xarakterli digər sənədlərə, elektron poçt vasitəsilə gələn məktublara komitədə baxılıb və tədbir görülməsi üçün aidiyyəti qurumlara 220 məktub göndərilib. Ərizələrin əksəriyyəti ilə bağlı müvafiq icra strukturları və təşkilatlarla telefon əlaqəsi saxlanılaraq qanun çərçivəsində məsələlərin həllinə nail olunub. Vətəndaşların şifahi müraciətlərinə də həssaslıqla yanaşılıb.
Koronavirus infeksiyasına qarşı mübarizə ilə əlaqədar vətəndaş qəbulunda elektron və telefon rabitəsi vasitələrinə üstünlük verilib. Həmin qəbullarda 167 vətəndaşın müraciəti dinlənilib və zəruri tədbirlər görülüb.
Sessiya ərzində ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edən komitə üzvləri parlamentlərarası əlaqələr üzrə işçi qruplarla da onlayn qaydada müxtəlif görüşlər keçiriblər.

Hesabatın müzakirəsində komitə sədrinin müavini Sahib Alıyev, deputatlar Cavanşir Paşazadə, Ceyhun Məmmədov, Azər Badamov, Anar İsgəndərov rəy və təkliflərini bildiriblər. Payız sessiyası dövründə görülmüş işlər müsbət dəyərləndirilib. Çıxışlarda vurğulanıb ki, Vətən müharibəsi günlərində ölkədəki bütün siyasi partiyalar vahid amal ətrafında birləşdi və Prezidentin siyasətini, xalqın mənafeyini dəstəklədi.

Hesabat məqbul sayıldıqdan sonra komitə sədri Fəzail İbrahimli 2021-ci ilin yaz sessiyası üçün nəzərdə tutulmuş iş planı barədə məlumat verib. Həm qanunvericilik fəaliyyətini, həm də müxtəlif səpkili tədbirlərin təşkilini nəzərdə tutan iş planı iclasda səslənmiş təkliflər nəzərə alınmaqla qəbul edilib.

Müəllif: Aysel Məmmədovaскачать dle 10.6фильмы бесплатно


60

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

"Sumqayıtda törədilən qanlı hadisələr Azərbaycana qarşı planlaşdırılmış təxribat idi" XİN
Ukrayna mətbuatı İlham Əliyevin mətbuat konfransını geniş dərc edib FOTOLAR
Rumıniyanın qabaqcıl KİV-ləri Prezidentin mətbuat konfransı barədə məlumatlar yayıblar
"Ermənistanın pozucu yanaşması Yerevanın mənfur niyyətini nümayiş etdirir" Leyla Abdullayeva
"Prezident dörd saatdan artıq zamanda jurnalistlərin əllidən çox sualını cavablandırıb" Türkiyə mediası
Paşinyan yenə tərəfdarlarını mitinqə çağırdı

"Sumqayıtda törədilən qanlı hadisələr Azərbaycana qarşı planlaşdırılmış təxribat idi" XİN

Ukrayna mətbuatı İlham Əliyevin mətbuat konfransını geniş dərc edib FOTOLAR

Rumıniyanın qabaqcıl KİV-ləri Prezidentin mətbuat konfransı barədə məlumatlar yayıblar

"Ermənistanın pozucu yanaşması Yerevanın mənfur niyyətini nümayiş etdirir" Leyla Abdullayeva

"Prezident dörd saatdan artıq zamanda jurnalistlərin əllidən çox sualını cavablandırıb" Türkiyə mediası

Paşinyan yenə tərəfdarlarını mitinqə çağırdı

Niderlandda “Xocalıya ədalət!” tələbi ilə lövhə quraşdırılıb və aksiya keçirilib

İran səfiri Türkiyə XİN-ə çağırıldı

TOLYATTİ AZƏRBAYCANLILARI XOCALI SOYQIRIMINI YAD EDİB.

Naxçıvan Dövlət Universiteti Tibb fakültəsi tələbələrinin simulyasiyası təşkil edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.