• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Cəhbə Xəbərləri
    • Yazarlar

Arazın hər iki sahili boyu hər zaman soydaşlıq və dostluq münasibətləri mövcud olub Cavad Zərifi

26-01-2021, 18:00 | Baxılıb: 62
“Arazın hər iki sahili boyu hər zaman soydaşlıq və dostluq münasibətləri mövcud olub Cavad Zərifi

Arazın hər iki sahili boyu hər zaman soydaşlıq və dostluq münasibətləri mövcud olub Cavad Zərifi



Arazın hər iki sahili boyu hər zaman soydaşlıq və dostluq münasibətləri mövcud olub.

DİASPOR.İNFO xəbər verir ki, bunu İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifi Prezident İlham Əliyevlə görüşü zamanı deyib.

Nazir bildirib: "Cənab Prezident, bizi qəbul etdiyinizə görə Sizə təşəkkür edirəm. Əvvəlcə Sizi və Azərbaycan xalqını ərazilərinizi azad etməyiniz münasibətilə təbrik etmək istərdim. Ölkəniz və region baxımından bu qələbə Sizin rəhbərliyiniz və Azərbaycan xalqının mətanəti sayəsində mümkün olmuşdur. Ümid edirik ki, bu, region dövlətləri arasında dinc və normal münasibətlərin başlanğıcı olacaqdır. Mən Sizin “3+3” əməkdaşlıq formatı təklifinizə uyğun olaraq, regionun 6 ölkəsini ziyarət edəcəyəm, yəni 5 üstəgəl İran. Sizin sülhlə bağlı təqdim etdiyiniz baxışınızın müzakirəsi və onun reallığa çevrilməsini təmin etmək üçün çalışacağam, çünki region ölkələrinin bir-biri ilə əməkdaşlıq edə bilməsi hamımızın maraqlarına uyğundur.

Ölkənizin ərazi bütövlüyünün bərpası və işğala son qoyulması, habelə azərbaycanlıların öz doğma yurdlarına qayıtmaq imkanı əldə etməsindən sonra artıq normal vəziyyət mövcuddur və İran bu işdə yardımçı olmaq arzusundadır. Biz Sizin dostunuz olmaqdan əlavə, yaxın qonşuyuq və əhalinin qayıdacağı, yenidənqurma işlərinin aparılacağı ərazilərinizin bərpası baxımından digər ölkələr ilə müqayisədə üstünlüyə malikik. Biz o insanları ailə və soydaş hesab edirik. Arazın hər iki sahili boyu hər zaman soydaşlıq və dostluq münasibətləri mövcud olub.

Energetika, yenidənqurma və geri dönəcək əhalinin yaşayışı üçün vasitə ola biləcək kənd təsərrüfatı kimi sahələr bizim üçün prioritet təşkil edir və şirkətlərimiz işə başlamağa hazırdır. Zati-aliniz tərəfindən qeyd edilən layihələrə gəldikdə, bildirmək istəyirəm ki, biz Sizin rəhbərliyiniz altında bu günə qədər həyata keçirdiyimiz səfərlər, o cümlədən ölkənizin Baş nazirinin müavini və xarici işlər nazirinin İrana olduqca uğurlu səfərlərini yüksək qiymətləndiririk. Biz Şimal-Cənub və Cənub-Qərb dəhlizləri çərçivəsində həmin sahələr üzrə işləmək arzusundayıq. Buraya elektrik enerjisinin istehsalı, energetika, “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları ilə bağlı əməkdaşlıq və digər məsələlər də aiddir. Çox şadıq ki, rəsmilərinizin İrana səfərləri zamanı bu layihələr üzrə surətli irəliləyiş əldə olunmuşdur və artıq biz ölkələrimiz arasında daha uzun birgə dostluq sərhədinə sahib ola bilərik".скачать dle 10.6фильмы бесплатно


62

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

"Sumqayıtda törədilən qanlı hadisələr Azərbaycana qarşı planlaşdırılmış təxribat idi" XİN
Ukrayna mətbuatı İlham Əliyevin mətbuat konfransını geniş dərc edib FOTOLAR
Rumıniyanın qabaqcıl KİV-ləri Prezidentin mətbuat konfransı barədə məlumatlar yayıblar
"Ermənistanın pozucu yanaşması Yerevanın mənfur niyyətini nümayiş etdirir" Leyla Abdullayeva
"Prezident dörd saatdan artıq zamanda jurnalistlərin əllidən çox sualını cavablandırıb" Türkiyə mediası
Paşinyan yenə tərəfdarlarını mitinqə çağırdı

"Sumqayıtda törədilən qanlı hadisələr Azərbaycana qarşı planlaşdırılmış təxribat idi" XİN

Ukrayna mətbuatı İlham Əliyevin mətbuat konfransını geniş dərc edib FOTOLAR

Rumıniyanın qabaqcıl KİV-ləri Prezidentin mətbuat konfransı barədə məlumatlar yayıblar

"Ermənistanın pozucu yanaşması Yerevanın mənfur niyyətini nümayiş etdirir" Leyla Abdullayeva

"Prezident dörd saatdan artıq zamanda jurnalistlərin əllidən çox sualını cavablandırıb" Türkiyə mediası

Paşinyan yenə tərəfdarlarını mitinqə çağırdı

Niderlandda “Xocalıya ədalət!” tələbi ilə lövhə quraşdırılıb və aksiya keçirilib

İran səfiri Türkiyə XİN-ə çağırıldı

TOLYATTİ AZƏRBAYCANLILARI XOCALI SOYQIRIMINI YAD EDİB.

Naxçıvan Dövlət Universiteti Tibb fakültəsi tələbələrinin simulyasiyası təşkil edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.