• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Cəhbə Xəbərləri
    • Yazarlar

“Rusiya Münhen konfransını boykot etməyib” Dmitri Peskov

19-02-2021, 13:30 | Baxılıb: 14
““Rusiya Münhen konfransını boykot etməyib” Dmitri Peskov

“Rusiya Münhen konfransını boykot etməyib” Dmitri Peskov





Münhen təhlükəsizlik konfransının Rusiya tərəfindən boykot edilmə məsələsi yoxdur. DİASPOR.İNFO RİA Novostiyə istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov cümə axşamı jurnalistlərə açıqlamasında deyib.

O, sadəcə foruma kimin gedəcəyi və kimin getməyəcəyi barədə bilmədiyini söyləyib.

Bundan əvvəl Peskov, RİA Novostiyə açıqlamasında, Rusiya prezidenti Vladimir Putinin Münhen konfransında çıxış etməyi planlaşdırmadığını da diqqətə çatdırıb.

"Boykot yoxdur, kimin iştirak edəcəyi, yaxud kimin iştirak etməyəcəyini bilmirəm. Bircə onu bilirəm ki, prezident heç bir şəkildə iştirak etmir, qalanları üçün indi bir söz deyə bilmərəm və sadəcə bilmirəm", deyə Peskov jurnalistlərin suallarını cavablandırıb.

Eyni zamanda Peskov, mövqelərini bildirmək və çatdırmaq üçün bütün yol və imkanların diqqətə layiq olduğunu da qeyd edib.

"Üstəlik, Münhen konfransı nüfuzlu forumdur. Sadəcə, bir daha təkrar edirəm, prezident bu il iştirak etmir, qalanlarını deyə bilmirəm", deyə Peskov bildirib.

Xatırladaq ki, Münhen Konfransı onlayn tədbiri 19-20 Fevral tarixlərində baş tutacaq. Burada Amerika Prezidenti Co Bayden, Avropa Komissiyası Başçısı Ursula von Der Layen, BMT Baş Katibi Antonio Qutteres, NATO Baş Katibi Yens Stoltenberq və ABŞ-ın İqlim İşləri üzrə Xüsusi Elçisi Con Kerry-nin iştirakı planlaşdırılır. Almaniyanın kansleri Angela Merkelin iştirak edib-etməyəcəyi hələ bəlli deyil.

Qeyd edək ki, Münhen Təhlükəsizlik Konfransı ənənəvi olaraq fevral ayında keçirilir. Forum ümumiyyətlə, dünya liderlərini, siyasətçiləri və mütəxəssislərini bir araya gətirərək beynəlxalq siyasətin aktual məsələlərini müzakirə edir. Konfransın rəhbəri Wolfqanq Inşinqer, fevral ayında ənənəvi forum tarixlərində baş tutacaq onlayn tədbirdən əlavə, bu il üz-üzə görüşün təşkil ediləcəyini gözləyir. Koronavirus pandemiyası hələ tam genişmiqyaslı bir konfrans keçirməyə imkan vermir.

Müəllif: İnam Hacıyevскачать dle 10.6фильмы бесплатно


14

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Lahor şəhərindəki festival çərçivəsində Xocalı soyqırımından bəhs edilib
Soydaşlarımız Niderlanddakı erməni təşkilatının növbəti saxtakarlığını ifşa edib
Yeni Zelandiyada Xocalı soyqırımı ilə bağlı məlumatlandırma  aksiyası keçirilib
Nyu-Yorkdakı Sultan Eyyub məscidində Xocalı soyqırımı qurbanları yad edilib
Berlindəki Azərbaycan Evində Xocalı soyqırımı qurbanlarının anım  guşəsi təşkil edilib
ABŞ-ın Boston şəhərində Xocalı soyqırımı ilə bağlı "səssiz" aksiya keçirilib

Lahor şəhərindəki festival çərçivəsində Xocalı soyqırımından bəhs edilib

Soydaşlarımız Niderlanddakı erməni təşkilatının növbəti saxtakarlığını ifşa edib

Yeni Zelandiyada Xocalı soyqırımı ilə bağlı məlumatlandırma  aksiyası keçirilib

Nyu-Yorkdakı Sultan Eyyub məscidində Xocalı soyqırımı qurbanları yad edilib

Berlindəki Azərbaycan Evində Xocalı soyqırımı qurbanlarının anım  guşəsi təşkil edilib

ABŞ-ın Boston şəhərində Xocalı soyqırımı ilə bağlı "səssiz" aksiya keçirilib

Nant şəhərindəki "Qarabağ" məktəbində Xocalı soyqırımına  aid dərs təşkil edilib

Amerikada Xocalı soyqırımına həsr olunmuş videokonfrans  təşkil edilib

İsraildə Xocalı soyqırımına həsr olunmuş videokonfrans təşkil edilib

Alman alim Dr. Mixael Raynhard Hess Xocalı qətliamından yazıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.