Təslim, məğlub ölkə simvolu - Ermənistan TƏHLİL
Ermənistan cəmiyyəti 33 il geri qayıtdığı qənaətindədir. İndi ermənilər əsrin üçdə birinə qədər müddət əvvəlki, eyni nöqtəyə gəldiklərini düşünürlər. Hətta bəziləri Ermənistanın başlanğıc nöqtəyə qayıtdığını iddia edirlər. Amma, reallıqda Ermənistan və bütövlükdə ermənilər hansı vəziyyətdədir, hansı vəziyyətə doğru istiqamətlənib və bu işğalçı dövlət barəsində nələr proqnozlaşdırıldığı maraq dairəsindədir.
Həqiqətən də 20 fevral 1988-ci il tarixində Qarabağ münaqişəsinə start verildiyi fikrində olanlar var. Hətta, bəzi ermənilər elə hesab edirlər ki, o zaman Ermənistan guya müstəqil imiş, guya güclü ordusu var imiş və guya Qarabağda qələbə qazanmışdılar. Amma, 2020-ci il tarixində olan II Qarabağ müharibəsi nəticəsində qondarma rejim, yalançı dövlətçilik barədə yalanlar, saxtalaşdırmalar, axmaq iddialar, fərziyələr 44 günlük döyüş zamanı üzə çıxdı. Bütövlükdə erməni saxtakarlığı, yaradılan saxta, “yenilməz erməni ordusu” mifi dağıldı, daha doğrusu Azərbaycan tərəfindən dağıdıldı və ermənilər bütün dünyada ifşa olundular.
Heç şübhəsiz ki, bir çox erməni siyasətçiləri Ermənistanın məğlubiyyətinə xəyanət donu geyindirmək fikrindədirlər. Bu fikirdə də məqsəd həmin o ifşa olunmuş mifi yenidən canlandırmaq, eləcə də məğlubiyyətlərini pərdələməkdən ibarətdir. Amma, artıq ermənilər özləri də yaxşı başa düşürlər ki, belə bir yalanı uydura bilərlərsə də, həmin yalanlara dünyanı inandıra bilməyəcəklər. Çünki, bütün dünya Azərbaycan tərəfinin dəfələrlə qüvvətli, qüdrətli olduğunu bilir və ölkəmizin mükəmməl qələbə qazandığına zərrə qədər şübhəsi olan yoxdur. Həqiqətən də çox qürurverici haldır ki, bütün dünyada bir nəfər belə qələbəmizə, güclü, qüdrətli olduğumuza şübhə edən olmadı. Bir növ hamı ölkəmizin qüdrətini, gücünü qələbəsini etiraf etdi. Bu baxımdan ermənilərin bundan sonra hansı donu geyindirmək cəhdlərindən asılı olmayaraq fiaskoya uğrayacaqları şübhəsizdir və bunu özləri də bilirlər.
Erməni cəmiyyəti bəyan edir ki, Nikol Paşinyan, Ermənistanın dövlətçiliyini də ciddi şəkildə şübhə altında salıb. Məsələ burasındadır ki, istər Nikol olsun, istərsə də ondan əvvəlkilərdən hər hansı biri olsun, onların heç biri Ermənistanın yalanlarının üstünü bu müharibədə örtə, Azərbaycan qarşısında məğlubiyyətinin qarşısını ala bilməzdi. Ola bilsin ki, hansısa bir erməni lideri təslimiyyəti ilk öncədən qəbul edə və ölkəsini bu səviyyədə faş etməyə bilərdi, amma, bundan artığına qətiyyən ümidləri belə ola bilməzdi. İş orasındadır ki, baş nazir Paşinyan kapitulyasiya sənədini dərhal imzalamadıqca, imzalamağın vaxtını 44 gün belə uzatdıqca, ölkəsinin mahiyyətini, Azərbaycan qarşısında bu işğalçı ölkənin dayana, dözüm göstərə bilmək iqtidarında olmadığını tam çılpaqlığı ilə ortaya qoydu və indi bunun şahidi olmayan, buna əmin olmayan yoxdur.
Təkcə Qarabağda, yaxud Ermənistanda yaşayan ermənilər deyil, bütün dünya erməniləri özləri də yaxşı bilirlər ki, indi Ermənistanın ümumiyyətlə ordusu mövcud deyil. İndi hansısa müharibədən, döyüşdən danışmağa dilləri belə yoxdur. Daha doğrusu olmamalıdır. Qondarma rejim, qondarma dövlət, erməni silahlı qüvvələri sözləri belə artıq üzə çıxan bir yalan kimi yaddaşlara həkk olundu. Bir zamanlar bu yalanlara, miflərə inananlar, yaxud, dəstəkləyənlərin belə, deməyə sözü qalmayıb, heç qala da bilməz.
Nəzərə alaq ki, dünya xəritəsinin yenilənməsi ərəfəsində “Ermənistan təslim ölkə simvolu” kimi beynəlxalq arenada özünü tanıtdı. Ermənistan vətəndaşları barədə də kapitulyasiya aktını imzalayan ölkə vətəndaşları kimi bir “imic” formalaşdı. Bu ermənilərin bundan sonra üzlərinə oxunacaq bir hökm, bir yazı olaraq qəbul olunacaq. Məsələ burasındadır ki, indi erməni cəmiyyətini daha çox qıcıqlandıran da özlərinə aid olmayan torpaqlardan, işğal etdikləri ərazilərdən əllərinin üzülməsi yox, məhz budur, barələrində formalaşan məğlub ölkə vətəndaşı imici. Heç şübhəsiz ki, işğalçı ölkənin baş nazirinin istefası tələbi də məhz bu imicdən yaxa qurtarmaq niyyəti ilə əlaqədardır. Bir növ, ermənilər göstərmək istəyirlər ki, kapitulyasiya, təslim sənədini imzalayan bir baş naziri qəbul etmirlər və sanki bununla özlərini fərqli göstərməyə çalışılar. Lakin bunun heç bir anlamı yoxdur və əgər məğlub Ermənistan vətəndaşıdırlarsa, qeyd olunan “məğlub ölkə vətəndaşı imici” onların alınlarında bir damğadır, hansıki, bundan yaxa qurtarmaqları mümkün deyil və tarix boyu bu damğa ilə yaşamaq, mövcud olmaq məcburiyyətindədirlər, təbii ki, əgər mövcud olacaqlarsa.
Maraqlı məqamdır, görəsən, həqiqətən Ermənistan adlı bir dövlət bundan sonra mövcud olacaqmı? Bu bir reallıqdır ki, Ermənistan hələ də yalnız Rusiya amilinə görə dünyanın siyasi xəritəsində qalır. Bunu az da olsa ağlı, az da olsa sağlam düşüncəsi olan erməni belə etiraf edir. Hətta, Ermənistan Parlamentində bu fikri açıq-aşkar deyənlər də var. Erməni cəmiyyəti özü belə etiraf edir ki, Rusiya amili, rusların erməniləri dəstəkləmələri sona qədər davam edə bilməz. Xüsusən də son zamanlar ermənilərin ruslara qarşı mövqeləri, bunu açıq şəkildə bəyan etmələri belə davam etməyəcəyini isbatlayır və təsdiq edir ki, bu çox davam etməyəcək. Ən yaxşı halda ermənilərin rusların himayəsi altından çıxmalarına aylar qalıb.
Bəli, ən yaxın zamanda geri dönməz proseslər olacaq. Artıq bunlar baş verirməyə başlayıb da. Ermənistan sonda ya hansısa ölkənin tərkibinə qatılacaq və müstəqilliyini tamamilə itirəcək, ya da sadəcə, yox olub xəritədən silinəcək. Ən yaxşı halda Ermənistan Rusiyanın bir əyalətinə çevrilə bilər. Təbii ki, buna ruslar icazə verərlərsə. İndi ermənilər üçün ən maraqlı məqam o olmalıdır ki, rəsmi Moskva bu yükün altına girmək istəyəcək, yoxsa yox.
Müəllif: İnam Hacıyev