“Ermənistanda əhalinin artırılması üçün vasitələr tapılmalıdır” BÖHRAN
“Fevralın 1-dən Rusiyaya bərpa olunmuş resyslərdən və “Zvartnots” hava limanında nələrin baş verdiyini müşahidə edərkən bunun böyük siqnal olduğunu deyə bilərik. Deyə bilərik ki, bizi daha bir və yeni tariximizin ən nəhəng miqrasiyası gözləyir. 2018-ci ilin böyük entuziazmının arxasınca 2020-ci ilin böyük məyusluğu gəldi – böyük erməni depressiyası”. DİASPOR.İNFO xəbər verir ki, bu barədə “Armnyus” televiziyasının “36.6” proqramının efirində erməni ictimai-siyasi xadimi Samvel Farmanyan və politoloq Armen Minasyan bildirib.
Kütləvi məyusluq, milli kimliyin itirilməsi, presedentsiz apatiya
Verlişdə çıxış edən Farmanyan bildirib ki, mövcud proseslər ölkəni tamamilə çıxılmaz vəziyyətə doğru sürükləyib və hələ də real çıxış yolları tapılmır. O, bildirib ki, ən ağır məsələ şərəfsizliklə imzalanan kapitulyasiya sənədidir.
“Bu qara iş “artsax” (Qarabağ-R.R.) fəlakəti oldu –minlərlə ölənlər və yararalananlar, 44 gün ərzində həyasızcasına deyilən yalanlar, şərəfsiz kapitulyasiya, sonra isə Nikol Paşinyanın dişləri ilə öz kreslosundan yapışması”, deyən Samvel Farmanyan əlavə edib ki, bütün bunların nəticəsndə kütləvi məyusluq, milli kimliyin itirilməsi, presedentsiz apatiya və yaranmış mövcud vəziyyətdə bir çox insanlarda miqrasiya etmək istəyi yarandı.
“Əgər erməni xalqı vətənlərinin bu hissəsində öz mövcudluğuna zəmanət istəyirsə Ermənistanda əhalinin sayının azaldılmasının deyil, artırılması yolları üçün vasitələr tapmalıdır”, deyən erməni ictimai-siyasi xadimi problemdən çıxış yolunu göstərərək bildirib.
Armen Minasyan: “2020-ci ildə Ermənistanda 36 min uşaq anadan olub, 35 min insan isə ölüb”
Politoloq Armen Minasyan isə öz növbəsində deyib ki, 2020-ci ildə Ermənistanın tarixində ən pis demoqrafik göstərici olub. Belə ki, ötən il Ermənistanda 36 min uşaq anadan olub, 35 min insan isə ölüb.
“Rəsmi məlumatlara görə, hərbi əməliyyatlar başa çatdıqdan sonra ekspertizaya 3500 cəsəd qalığı aparılıb, əgər dövlət doğruluq nümayiş etdirərsə və real ölüm göstəricilərin nəticələrini deyərsə bu zaman tarixdə ilk dəfə mənfi artımı görmüş olarıq”, deyən erməni politoloqu hesab edir ki, bu problemin yalnız bir hissəsidir və həmin mənzərəyə başqa cinahdan baxılarsa, onda İrəvan da daxil olmaqla ölkənin digər ərazilərində də artımın izafi dərəcədə aşağı düşdüyünü görmək mümkündür.
Rövşən RƏSULOV