Əgər Türkiyə-Azərbaycan-İngiltərə-İsrail birgə platforması yaradılsa... - ŞƏRH ÖZƏL
“Azərbaycanla Rusiya arasında hərbi-texniki əməkdaşlıq və yeni silahların alınması barədə növbəti müqaviləyə ehtiyac yoxdur. İkinci Qarabağ müharibəsində Rusiya istehsalı silahların effektiv olmadığını və əsas döyüşdə üstünlük məhz İsrail və Türkiyə istehsalı silahların nəticəsində əldə edildi”. Bunu DİASPOR.İNFO-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert qeyd edib ki, artıq Qarabağ münaqişəsi başa çatıb: “Avropa dövlətlərinin Azərbaycana qarşı tətbiq etdiyi silah satışı embarqosunun da aradan götürülməsi istiqamətdə işlər həyata keçirilməlidir. Rusiya əvəzinə Böyük Britaniya ilə böyük partiyada silah müqavilələri bağlanmalıdır. Türkiyə-Azərbaycan-Böyük Britaniya-İsrail birgə platforması regionda yeni bir siyasi-hərbi nizam yaradır və bu istiqamətdə Azərbaycan öz hərbi imkanlarını daha da inkişaf etdirə bilər. Böyük Britaniya Qarabağda mina təmizləmə əməliyyatında iştirak etmək planına malikdir. Həmçinin Azərbaycanlı hərbi kursantaların bu ölkədə tədirisində də maraqlıdır. Göründüyü kimi ikinci Qarabağ müharibəsi Azərbaycanın mövqeyinin möhkəmlənməsinə və Kremllə məsafəli davaranmağa gətirib çıxarır. Azərbaycan məhz Türkiyə-Böyük Britaniya-İsrail platformada yer almaqla Rusiyanın təzyiqlərini neytrallaşdırmağa nail ola bilər”.
M.Əsədullazadə vurğulayıb, ikinci Qarabağ müharibəsindən sonra, Azərbaycanın Moskvaya meyillənəcəyini bir çoxları qeyd edirdi: “Kremlin də ciddi şəkildə Bakıya təsirləri olacağı gözlənildiyindən fərqli olaraq rəsmi Bakı əks siyasət ortaya qoydu və müharibədə Azərbaycana dəstək verən ölkələrlə bir araya gəlmək siyasətinə üstünlük verdi. Bu, prezident İlham Əliyevin xarici strategiyasında ən uğurlu siyasi gedişidir”.
Müəllif: Aysel Məmmədova