Hafiz Hacıyev: “Araik Arutunyanı özüm güllələyəcəyəm” İDDİA
“Darıxmaq lazım deyil. Mən onsuz da Xankəndinin meri vəzifəsi ilə bağlı məsələ qaldırmışam. Beləliklə, əgər mən Xandəndinə getsəm, Araik Arutunyanı şəxsən özüm güllələyəcəm”. DİASPOR.İNFO xəbər verir ki, bunu Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.
Partiya sədrinin sözlərinə görə, belə bir cinayətkarın Azərbaycan ərazisində qalması, Azərbaycanın havasını udub, suyunu içməsi özü də cinayət əməlidir: “Araik Arutunyan hazırda qeyri-qanuni şəkildə özünü Xankəndinin meri hesab edir. Özbaşına orda nə yaradırlar, nə qururlar, onu hələ bir Allah bilir...”.
Hafiz Hacıyev bildirib ki, bütün dünya Araik Arutunyanın cinayətkar olduğunu bilir və bu səbəbdən də Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən ona qarşı cinayət işi qaldırılıb və axtarışa verilib.
“Baxmayaraq ki, İnterpol deyir ki, biz Araiki tapa bilmirik, amma gedib onunla görüşürlər”, deyə adıçəkilən qurumu da hədəfə alan MMP sədri bunu anlaşılmaz adlandırıb: “Bu da anlaşılmaz bir vəziyyətdir. Hesab edirəm ki, Araik Arutunyan harda görülsə, güllələnməlidir. Ona görə ki, hər şeydən əvvəl Arutunyan Gəncəyə və Bərdəyə atdığı raketlərlə dinc insanların qanına bais olub”.
Rövşən RƏSULOV