YAP Qaradağ rayon təşkilatının Gənclər Birliyi beynəlxalq təşkilatları məlumatlandırıb
YAP Qaradağ rayon təşkilatının Gənclər Birliyi və Rayon Gənclər və İdman İdarəsi ilə birlikdə hər il olduğu kimi bu il də Xocalı soyqırımının ildönümü ilə əlaqədar Qaradağ rayon Heydər Əliyev Mərkəzində beynəlxalq təşkilatlara Azərbaycan, ingilis və rus dillərində məlumatların göndərilməsi aksiyasını davam etdirir. DİASPOR.İNFO-nun verdiyi məlumata görə, aksiya çərçivəsində Xocalı soyqırımı ilə bağlı həqiqətlər, ermənilərin xalqımıza qarşı törətdiyi qanlı cinayət barədə ətraflı məlumatlar verilir.
Müəllif: Ceyhun Rasimoğlu
169