“Baş verənlər rüsvayçılıq və siyasi təqibdir” Ruben Melikyan
Siyasi analitik, "Karyak-Media" media holdinqinin həmtəsisçisi Karen Bekaryan və Milli Məclis aparatının keçmiş rəhbəri Ara Saqatelyan MTX tərəfindən tutulub. DİASPOR.İNFO Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə erməni vəkil və insan haqları müdafiəçisi Ruben Melikyan jurnalistlərə açıqlamasında deyib.
Melikyan, Saqatelyanın vəkili Aşot Yenokyanın bu məlumatları ona çatdırdığını qeyd edib.
"Yenokyan jurnalistlərlə saxlaya bilməyəcəyini bildirməyi xahiş edib, çünki hazırda istintaq hərəkətləri davam edir və Saqatelyan və Bekaryan tutulub", deyə vəkil qeyd edib.
O, həmçinin əlavə edib ki, MTX vətəndaş Mqer Avakyanı da saxlayıb.
Melikyana görə, Saqatelyan və Bekaryan, milli və irqi nifrəti qızışdırmaq üçün açıq çağırışlar, müharibə vəziyyəti dövründə bəzi şəxslərə qarşı nifrət hissi və məlumatların yayımlanması qaydalarının pozulması olmaqla üç maddə üzrə nəzarət altına alınıb, saxlanılıb.
"Vəkillər istintaq hərəkətləri başa çatdıqdan dərhal sonra saxlanılmanın və tutulmanın qanuniliyi barədə məhkəməyə müraciət etmək niyyətindədirlər. Ümid edirik ki, sabah əlimizdə bir məhkəmə qərarı olacaq, çünki baş verənlər sadəcə bir xəcalət, rüsvayçılıq və siyasi təqibdir", deyə vəkil bildirib.
Xatırladaq ki, cümə günü əvvəl, Bekaryan və Saqatelyanın ofislərində axtarış aparıldığı, sonra MTX-yə gətirildiyi məlum olub. Axtarışlar zamanı telefonlar, kompüterlər və digər media vasitələr ələ keçirilib və vəkillərin dediyi kimi, Ermənistan Konstitusiyası və Cinayət Prosessual Məcəlləsi kobud şəkildə pozulur.
Mütəxəssislər Qohar Meloyan və Angela Elibeqova da MTX-yə gətirilib, sorğu-sual edilib.
Göründüyü kimi, Ermənistanda repressiyalar daha da artır, insan haqları pozulur, qanunsuzluqlar baş alıb gedir və vətəndaşlar təqib olunur. Bütün bunlar ondan xəbər verir ki, siyasi təqiblər Ermənistanda rüsvayçı vəziyyət yaradıb.
Müəllif: İnam Hacıyev