• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Cəhbə Xəbərləri
    • Yazarlar

Ceyhun Bayramov Aİ ölkələrinin diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşüb

21-02-2021, 19:07 | Baxılıb: 11
“Ceyhun Bayramov Aİ ölkələrinin diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşüb

Ceyhun Bayramov Aİ ölkələrinin diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşüb



Fevralın 19-da xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqı (Aİ) üzv ölkələrinin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşüb.

Ceyhun Bayramov Aİ ölkələrinin diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşüb



Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə nazir Ceyhun Bayramov hazırda bölgədə mövcud olan vəziyyət, xüsusilə də Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər üzrə məlumat verib. Bölgədə yaranmış yeni təhlükəsizlik formatı, eləcə də yeni əməkdaşlıq imkanlarından bəhs olunub. Nazir Ceyhun Bayramov 10 noyabr tarixli üçtərəfli bəyanatın imzalanmasından sonra Ermənistan tərəfindən bu razılaşmaya tamamilə zidd olaraq, işğaldan azad olunmuş ərazilərə terrorçu diversant qrupunun göndərildiyini Aİ səfirlərinin diqqətinə çatdırıb və bu cinayət tərkibli əməllərin yolverilməzliyini vurğulayıb.

Nazir Ceyhun Bayramov, eyni zamanda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi, artıq tam istismara verilən nəhəng Cənubi Qaz Dəhlizi layihəsi və bu layihənin Avropada coğrafiyasının genişləndirilməsi imkanları, habelə Azərbaycan-Aİ ikitərəfli münasibətləri və bu münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni Saziş üzrə danışıqlara dair ətraflı məlumat verib.

Aİ-nin Azərbaycandakı nümayəndəsi səfir Kestudis Yankauskas təqdim edilən məlumatlara görə təşəkkür edərək, bu formatda dialoqun gələcəkdə də davam etdirilməsinin faydalı olacağını bildirib. O, ikitərəfli münasibətlər, o cümlədən yeni Sazişin imzalanmasının əhəmiyyəti, enerji sahəsində tərəfdaşlıq və yeni imkanların nəzərdən keçirilməsi, Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlıq məsələlərini qeyd edib. Aİ-nin münaqişədən əziyyət çəkən insanlara humanitar yardımına istinad edən səfir, İttifaqın münaqişə sonrası prosesdə oynaya biləcəyi rolu barədə ətraflı müzakirələrin aparılmasının önəmini vurğulayıb.

Daha sonra nazir Ceyhun Bayramov Aİ səfirlərinin çoxsaylı suallarını cavablandırıb.скачать dle 10.6фильмы бесплатно


11

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Əli Rəhimzadədən qızıl, Turan və Türkan bürünc medal qazandı
Meksikanın internet televiziyasında Azərbaycan səfirinin Xocalı soyqırımı haqda müsahibəsi efirə gedib
İngiltərənin Qlazqo şəhərində "Xocalıya ədalət" tələbi ilə lövhə  quraşdırılıb
Tailandda Xocalı soyqırımı qurbanları yad edilib
Haaqa şəhərində Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidənin  açılışı olub
FIDE Vüqar Həşimov Şahmat Akademiyasını rəsmi olaraq təsdiqləyib

Əli Rəhimzadədən qızıl, Turan və Türkan bürünc medal qazandı

Meksikanın internet televiziyasında Azərbaycan səfirinin Xocalı soyqırımı haqda müsahibəsi efirə gedib

İngiltərənin Qlazqo şəhərində "Xocalıya ədalət" tələbi ilə lövhə  quraşdırılıb

Tailandda Xocalı soyqırımı qurbanları yad edilib

Haaqa şəhərində Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidənin  açılışı olub

FIDE Vüqar Həşimov Şahmat Akademiyasını rəsmi olaraq təsdiqləyib

ABŞ Konqresmeni Xocalı qətliamı ilə bağlı bəyanatla çıxış edib

Kişinyov şəhərində Xocalı soyqırımının qurbanları yad edilib

ABŞ-ın Sanni Ayles Biç şəhərində 26 fevral tarixi Xocalının anim  günü elan edilib

Ankarada Xocalı soyqırımına həsr olunan anım mərasimi keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.