• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Cəhbə Xəbərləri
    • Yazarlar

Dağıdılan məktəblərimiz əvvəlkindən daha yaxşı bərpa olunur - Nazir

22-02-2021, 15:07 | Baxılıb: 13
“Dağıdılan məktəblərimiz əvvəlkindən daha yaxşı bərpa olunur - Nazir

Dağıdılan məktəblərimiz əvvəlkindən daha yaxşı bərpa olunur - Nazir



44 günlük Vətən Müharibəsi nəticəsində təhsilimiz həm yeri doldurulmayacaq insan itkiləri verdi, həm də məktəb infrastrukturuna ciddi ziyan dəydi. Bu müharibə 10 nəfər şagirdimizin, 20 nəfər müəllimimizin həyatına son qoydu, 54 təhsil müəssisəsi darmadağın edildi. Diaspor.info-nun məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, insan itkilərimizi bərpa edə bilməsək də, məktəblərimiz əvvəlkindən daha yaxşı şəkildə bərpa olunur: "Qürurverici haldır ki, işğal altında olan torpaqlarımızın azad edilməsi üçün səfərbərliyə qoşulanların sırasında 20 məktəb direktoru, 32 direktor müavini, 671 müəllim şücaətlə mənfur düşmənə qarşı vuruşdu".

Nazir əlavə edib ki, Azərbaycan Ordusunun şanlı qələbəsinin tədris məzmununa üzvi şəkildə inteqrasiyasını təmin etmək məqsədi ilə “Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” Təhsil Nazirliyinin Fəaliyyət Planı təsdiq olunub. Artıq dərslik müəlliflərimiz və nəşriyyatlar “Qələbə dərsləri” adı altında müxtəlif fənn və sinifləri əhatə edən mövzular hazırlayıb Təhsil İnstitutunun rəsmi səhifəsinə yerləşdiriblər. Müəllimlərimiz bu mövzuları virtual dərslərdə tədris edirlər, həmçinin teledərslərdə də qələbəyə həsr olunmuş süjetlər hazırlanıb.скачать dle 10.6фильмы бесплатно


13

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Lahor şəhərindəki festival çərçivəsində Xocalı soyqırımından bəhs edilib
Soydaşlarımız Niderlanddakı erməni təşkilatının növbəti saxtakarlığını ifşa edib
Yeni Zelandiyada Xocalı soyqırımı ilə bağlı məlumatlandırma  aksiyası keçirilib
Nyu-Yorkdakı Sultan Eyyub məscidində Xocalı soyqırımı qurbanları yad edilib
Berlindəki Azərbaycan Evində Xocalı soyqırımı qurbanlarının anım  guşəsi təşkil edilib
ABŞ-ın Boston şəhərində Xocalı soyqırımı ilə bağlı "səssiz" aksiya keçirilib

Lahor şəhərindəki festival çərçivəsində Xocalı soyqırımından bəhs edilib

Soydaşlarımız Niderlanddakı erməni təşkilatının növbəti saxtakarlığını ifşa edib

Yeni Zelandiyada Xocalı soyqırımı ilə bağlı məlumatlandırma  aksiyası keçirilib

Nyu-Yorkdakı Sultan Eyyub məscidində Xocalı soyqırımı qurbanları yad edilib

Berlindəki Azərbaycan Evində Xocalı soyqırımı qurbanlarının anım  guşəsi təşkil edilib

ABŞ-ın Boston şəhərində Xocalı soyqırımı ilə bağlı "səssiz" aksiya keçirilib

Nant şəhərindəki "Qarabağ" məktəbində Xocalı soyqırımına  aid dərs təşkil edilib

Amerikada Xocalı soyqırımına həsr olunmuş videokonfrans  təşkil edilib

İsraildə Xocalı soyqırımına həsr olunmuş videokonfrans təşkil edilib

Alman alim Dr. Mixael Raynhard Hess Xocalı qətliamından yazıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.