• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Cəhbə Xəbərləri
    • Yazarlar

Yuta ştatında Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunan sərgi açılıb

22-02-2021, 17:36 | Baxılıb: 23
“Yuta ştatında Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunan sərgi açılıb

Yuta ştatında Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunan sərgi açılıb



ABŞ-ın Yuta ştatında Xocalı faciəsinin 29-cu ilinə həsr olunan sərgi açılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən DİASPOR.İNFO-ya verilən məlumata görə, Komitənin dəstəyi və Yuta-Azərbaycan İcmasının nümayəndəsi Faiq Səfərlinin təşkilatçılığı ilə Solt Leyk Siti (Salt Lake City) şəhərinin mərkəzində – Kapitol binası qarşısında Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar açıq havada sərgi keçirilib.

Sərgidə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin sovet ordusunun 366-cı motoatıcı alayının vasitəsilə Azərbaycanın Xocalı şəhərini işğal edərkən dinc azərbaycanlıları kütləvi şəkildə qətlə yetirməsini əks etdirən məlumatlar və fotoşəkillər nümayiş etdirilib. Qəddarcasına həyata keçirilən hərbi cinayət zamanı 613 nəfər (106 qadın, 63 uşaq, 70 qoca) azərbaycanlının qətlə yetirildiyi, 487 nəfərin yaralandığı, 1275 nəfərin əsir götürüldüyü, onlardan 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyinin bu günədək məlum olmadığı nəzərə çatdırılıb.

Sərgi ərazidən keçən yerli sakinlərin diqqətini cəlb edib. Onlar fotoşəkillərə baxaraq Xocalı faciəsi barədə ətraflı məlumat alıblar. Sərgi ilə maraqlananlar arasında Yuta ştatının qubernatoru Spenser Koks da olub. O, soydaşlarımıza bildirib ki, Minnesota ştatının qubernatoru Tim Ceyms Uolzun 26 fevral tarixinin Azərbaycan Günü elan edilməsi ilə bağlı bəyannamə imzalamasından xəbərdardır.

Sərginin fevralın 26-dək Solt-Leyk-Siti şəhərinin müxtəlif yerlərində nümayiş etdirilməsi nəzərdə tutulur.скачать dle 10.6фильмы бесплатно


23

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Lahor şəhərindəki festival çərçivəsində Xocalı soyqırımından bəhs edilib
Soydaşlarımız Niderlanddakı erməni təşkilatının növbəti saxtakarlığını ifşa edib
Yeni Zelandiyada Xocalı soyqırımı ilə bağlı məlumatlandırma  aksiyası keçirilib
Nyu-Yorkdakı Sultan Eyyub məscidində Xocalı soyqırımı qurbanları yad edilib
Berlindəki Azərbaycan Evində Xocalı soyqırımı qurbanlarının anım  guşəsi təşkil edilib
ABŞ-ın Boston şəhərində Xocalı soyqırımı ilə bağlı "səssiz" aksiya keçirilib

Lahor şəhərindəki festival çərçivəsində Xocalı soyqırımından bəhs edilib

Soydaşlarımız Niderlanddakı erməni təşkilatının növbəti saxtakarlığını ifşa edib

Yeni Zelandiyada Xocalı soyqırımı ilə bağlı məlumatlandırma  aksiyası keçirilib

Nyu-Yorkdakı Sultan Eyyub məscidində Xocalı soyqırımı qurbanları yad edilib

Berlindəki Azərbaycan Evində Xocalı soyqırımı qurbanlarının anım  guşəsi təşkil edilib

ABŞ-ın Boston şəhərində Xocalı soyqırımı ilə bağlı "səssiz" aksiya keçirilib

Nant şəhərindəki "Qarabağ" məktəbində Xocalı soyqırımına  aid dərs təşkil edilib

Amerikada Xocalı soyqırımına həsr olunmuş videokonfrans  təşkil edilib

İsraildə Xocalı soyqırımına həsr olunmuş videokonfrans təşkil edilib

Alman alim Dr. Mixael Raynhard Hess Xocalı qətliamından yazıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.