Qəhvə həvəskarları nəyi səhv edirlər?
Rusiyalı qastroenteroloq mütəxəssis Nuriya Dianova orqanizmə zərər vermədən gün ərzində neçə fincan qəhvə içməyin düzgün olduğunu açıqlayıb. O, bildirib ki, qəhvəsevərlərdə çox qısa zamanda kofeindən asılılıq yaranır ki, bu da sinir sisteminə mənfi təsir göstərir.
Həkim bu gümrahlaşdırıcı içkini gün ərzində iki fincandan artıq içməməyi məsləhət görüb. Qəhvə içmək üçün ideal vaxt isə səhər yeməyi zamanıdır. Bəzi insanlar səhər yeməyi əvəzinə bir fincan qəhvə içirlər. Bu, tamamilə səhvdir.
“Gün ərzində iki fincan qəhvə zərər vermir, hətta orqanizmə faydalıdır. Əlbəttə ki, söhbət keyfiyyətli, dənəvər qəhvədən gedir”,-deyə Dianova bildirib.
DİASPOR.İNFO
224