• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Cəhbə Xəbərləri
    • Yazarlar

"Xocalı soyqırımını xatırlamaq" mövzusunda onlayn dəyirmi masa keçirilib.

23-02-2021, 12:00 | Baxılıb: 12
“

"Xocalı soyqırımını xatırlamaq" mövzusunda onlayn dəyirmi masa keçirilib.





Banqladeşin Samoy Televiziyasının əməkdaşı, jurnalist Marzia Rahman Mumunun təşkilatçılığı ilə "Xocalı Soyqırımını xatırlamaq" mövzusunda onlayn dəyirmi masa keçirilib.

Jurnalistin moderatorluğu ilə baş tutan tədbirdə Banqladeş Beynəlxalq Cinayətlər Məhkəməsinin keçmiş prokuroru Barrister Tureen Afroz, Barselona Vəkillər Kollegiyasının üzvü Xaviyer Medina Ortiz, Azərbaycanın Milli Qəhrəmanı Füzuli Rüstəmovun yaxın qohumu, Xocalı sakini Mərhəmət Həsənzadə, Azərbaycan Diaspor Gəncləri şəbəkəsinin üzvü, Azərbaycan Diaspor Gəncləri platformasının İndoneziya üzrə koordinatoru Leyla Qarayeva iştirak ediblər.

Tədbirin başlanğıcında B.T.Afroz Xocalı qurbanlarına və onların ailə üzvlərinə dərin hüznlə başsağlığı verərək, 29 il öncə baş verənləri insanlıq tarixinə, bəşəriyyətə utanc adlandırıb. Kütləvi qırğın zamanı Cenevrə Konvensiyasının kobudcasına pozulduğunu və cinayət faktı olduğunu nəzərə çatdıran banqladeşli natiq Xocalıya ədalət tələb etməyin vacibliyini vurğulayıb.

X.M.Ortiz bu faciənin tanıdılması üçün İspaniyada, xüsusilə də Barselonada həyata keçirdikləri fəaliyyətdən bəhs edib. Qeyd edib ki, ermənilər özlərini qurban, Azərbaycanı isə işğalçı kimi qələmə verməklə müxtəlif uydurmalarla yerli ictimaiyyəti çaşdırmağa çalışırlar. Lakin Kataloniyadakı erməni lobbisinin güclü cəhdlərinə baxmayaraq, yerli ictimaiyyət hər zaman Azərbaycanın haqlı mövqeyini müdafiə edir. Sonda ispaniyalı vəkil 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəyə görə xalqımızı təbrik edib.

M.Həsənzadə Xocalıda baş verən dəhşətli cinayətlərdən, dayısının qəhrəmanlıqla həlak olmasından, L.Qarayeva bu qəddar cinayətin erməni hərbi birləşmələri və terrorçu qrupları tərəfindən əvvəlcədən planlaşdırılaraq həyata kecirildiyindən danışıb. Onlar dünya ictimaiyyətini və beynəlxalq birliyi biganə qalmamağa, "Xocalıya ədalət!" tələbini dəstəkləməyə çağırıblar.скачать dle 10.6фильмы бесплатно


12

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Əli Rəhimzadədən qızıl, Turan və Türkan bürünc medal qazandı
Meksikanın internet televiziyasında Azərbaycan səfirinin Xocalı soyqırımı haqda müsahibəsi efirə gedib
İngiltərənin Qlazqo şəhərində "Xocalıya ədalət" tələbi ilə lövhə  quraşdırılıb
Tailandda Xocalı soyqırımı qurbanları yad edilib
Haaqa şəhərində Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidənin  açılışı olub
FIDE Vüqar Həşimov Şahmat Akademiyasını rəsmi olaraq təsdiqləyib

Əli Rəhimzadədən qızıl, Turan və Türkan bürünc medal qazandı

Meksikanın internet televiziyasında Azərbaycan səfirinin Xocalı soyqırımı haqda müsahibəsi efirə gedib

İngiltərənin Qlazqo şəhərində "Xocalıya ədalət" tələbi ilə lövhə  quraşdırılıb

Tailandda Xocalı soyqırımı qurbanları yad edilib

Haaqa şəhərində Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidənin  açılışı olub

FIDE Vüqar Həşimov Şahmat Akademiyasını rəsmi olaraq təsdiqləyib

ABŞ Konqresmeni Xocalı qətliamı ilə bağlı bəyanatla çıxış edib

Kişinyov şəhərində Xocalı soyqırımının qurbanları yad edilib

ABŞ-ın Sanni Ayles Biç şəhərində 26 fevral tarixi Xocalının anim  günü elan edilib

Ankarada Xocalı soyqırımına həsr olunan anım mərasimi keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.