• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Cəhbə Xəbərləri
    • Yazarlar

Ermənistan minalı sahələrin xəritələrini verməyəcəyi təqdirdə... - ŞƏRH ÖZƏL

23-02-2021, 19:00 | Baxılıb: 13
“Ermənistan minalı sahələrin xəritələrini verməyəcəyi təqdirdə... - ŞƏRH ÖZƏL

Ermənistan minalı sahələrin xəritələrini verməyəcəyi təqdirdə... - ŞƏRH ÖZƏL



“Ermənistanın Azərbaycan ərazisində 30 ilə yaxın müddətdə törətdikləri çoxşaxəli cinayətlər özünün müxtəlifliyi ilə fərqlənir. Burada ərazilərin etnik tərkibinin dəyişdirilməsi, torpaqların yandırılması, ekoloji mühitin və tarazlığın pozulması, təbii sərvətlərin məhv edilməsi ilə bərabər, eyni zamanda bu ərazilərin işğal rejimi dövründə minalanması Ermənistanın xalqımıza qarşı törətdiyi ağır cinayət formalarından biridir. Bütün beynəlxalq praktikalara görə işğal olunmuş və ya müdafiəsi zəruri bilinən ərazilərin minalanmasının xüsusi xəritələri olmalıdır. Bu ərazilər işğaldan azad edildikdə və yaxud həmin ərazilər normal sivil yaşam üçün açıldıqda mütləq şəkildə sözügedən sahələrin minalanması xəritələri qarşı tərəfə təqdim olunmalıdır”. Bunu DİASPOR.İNFO-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin Baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.

Ekspertin sözlərinə görə, ümumiyyətlə hər hansı bir ərazinin minalanmasının özü də normal bir məntiqə və müdafiə zərurətinə söykənməlidir: “Ermənistanın Azərbaycan ərazilərini minalaması anormal və cinayətkar bir davranışdır. Baxmayaraq ki, həmin ərazilər Azərbaycan torpaqlarıdır, lakin işğal müddətində Azərbaycanın bu ərazilərdə ermənilərə qarşı hər hansı bir hücum niyyəti olmayıb. Ermənilər torpaqlarımızdan çıxarıldıqdan sonra minalanmış ərazilərin xəritələrini Azərbaycana təqdim etmirlər. Bu da Ermənistanın ikiqat cinayət törətdiyi barədə qənaətə gəlməyə əsas verir. Bütün beynəlxalq hüquq normaları, konvensiyalar minalanma ilə bağlı ciddi normativlər müəyyən ediblər. Ancaq Ermənistan heç bir halda beynəlxalq öhdəliklərə əməl etmək istəmir”.

A.Quliyev vurğulayıb ki, Ermənistanın məqsədi daha çox mülki əhalinin və hərbiçilərin həlak olmasına nail olmaqdır: “Ermənilər işğalda olan əraziləri minalamaqla burada daha çox insan itkisinə nail olmağı planlayıblar. Ona görə də bu torpaqların minalardan təmizlənməsinə dünya birliyi, beynəlxalq təşkilatlar həm Azərbaycana yaxından köməklik göstərməli, həm də Minsk qrupunun həmsədrləri Rusiya Ermənistan tərəfini nəyin bahasına olursa olsun məcbur etməlidirlər ki, bu ərazilərin minalanma xəritəsini Azərbaycana təqdim etsinlər. Azərbaycan da öz növbəsində bu xəritə əsasında torpaqları təmizlənməsinə nail olsun. Bu gün Rusiya sülhməramlılarının özləri də müəyyən çərçivədə Azərbaycan sapiyorları ilə birlikdə ərazilərin minalarından təmizlənməsinə köməklik göstərir. Minadan təmizləmə işlərinin daha sürətli və keyfiyyətlə həyata keçirilməsi, sözügedən ərazilərin minalardan daha tez təmizlənməsi Rusiyanın özünün də marağında olmalıdır. Ermənistana təzyiqlər göstərilməli və hərbi rəhbərliyindən bu ərazilərin minalanma xəritəsinin alınmasına nail olunmalıdır. Əks təqdirdə ərazilərin minalanma xəritəsini Azərbaycandan gizlətməklə Ermənistanın yeni bir əməlinin cinayət tərkibi yaranır ki, bu da Azərbaycanın gələcəkdə Ermənistana qarşı daha bir istiqamətdə beynəlxalq məhkəmə iddiaları qaldırmasına əsas yaradır”.скачать dle 10.6фильмы бесплатно


13

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Gürcü jurnalistlər erməni vəhşiliyini lentə alırlar FOTOLAR
Şəhid ailələrinə qayğı dövlətimizin sosial siyasətinin mühüm istiqamətlərindəndir
"Sumqayıtda törədilən qanlı hadisələr Azərbaycana qarşı planlaşdırılmış təxribat idi" XİN
Ukrayna mətbuatı İlham Əliyevin mətbuat konfransını geniş dərc edib FOTOLAR
Rumıniyanın qabaqcıl KİV-ləri Prezidentin mətbuat konfransı barədə məlumatlar yayıblar
"Ermənistanın pozucu yanaşması Yerevanın mənfur niyyətini nümayiş etdirir" Leyla Abdullayeva

Gürcü jurnalistlər erməni vəhşiliyini lentə alırlar FOTOLAR

Şəhid ailələrinə qayğı dövlətimizin sosial siyasətinin mühüm istiqamətlərindəndir

"Sumqayıtda törədilən qanlı hadisələr Azərbaycana qarşı planlaşdırılmış təxribat idi" XİN

Ukrayna mətbuatı İlham Əliyevin mətbuat konfransını geniş dərc edib FOTOLAR

Rumıniyanın qabaqcıl KİV-ləri Prezidentin mətbuat konfransı barədə məlumatlar yayıblar

"Ermənistanın pozucu yanaşması Yerevanın mənfur niyyətini nümayiş etdirir" Leyla Abdullayeva

"Prezident dörd saatdan artıq zamanda jurnalistlərin əllidən çox sualını cavablandırıb" Türkiyə mediası

Paşinyan yenə tərəfdarlarını mitinqə çağırdı

Niderlandda “Xocalıya ədalət!” tələbi ilə lövhə quraşdırılıb və aksiya keçirilib

İran səfiri Türkiyə XİN-ə çağırıldı

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.