• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Cəhbə Xəbərləri
    • Yazarlar

Amerikada Xocalı soyqırımına həsr olunmuş videokonfrans  təşkil edilib

3-03-2021, 09:00 | Baxılıb: 24
“Amerikada Xocalı soyqırımına həsr olunmuş videokonfrans   təşkil edilib

Amerika Sefardlar Federasiyasının (ASF) və Amerika Müsəlmanları Liderləri İttifaqının (AMLİ) birgə təşəbbüsü və təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilmiş “Xatırlamaq və danışmaq: Xocalı qırğınını yad etmək, soyqırımı və etnik təmizləməyə qarşı mübarizə aparmaq”  mövzusunda videokonfrans keçirilib.

Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayan tədbirin moderatoru AMLİ-nin icraçı direktoru Zeyneb Zeb Xan bu dəhşətli qətliam haqqında ətraflı məlumat verib, baş verənlərə laqeyd olmadıqlarını vurğulayıb.

ASF-nın icraçı direktoru Ceyson Quberman Azərbaycanda yaşayan yəhudilərin də Xocalı faciəsini yad etdiklərini bildirib, rəhbərlik etdiyi qurumun son iki ildə Xocalı faciəsi ilə əlaqədar təşkil etdiyi tədbirlərin video məcmuəsini təqdim edib. 44 günlük müharibə nəticəsində Qarabağın işğaldan azad edildiyini xatıladan natiq məcburi köçkünlərin öz evlərinə qayıdacaqlarını bayram kimi qeyd edəcəklərini və Xocalı şəhərində həyatın yenidən dirçələcəyini bldirib.

Tədbir azərbaycanlı pianoçu Abuzər Manafzadənin “Xocalıya” əsərinin səsləndirilməsilə davam edib. Sonra "Arts Council” layihəsinin direktoru, rəssam Dadaş Məmmədov, tanınmış pianoçu, Əməkdar artist, professor Nərgiz Əliyarova, Azərbaycan Diaspor Gəncləri şəbəkəsinin üzvü, Vaşinqton Universitetinin doktorantı Çilənay Səfərli çıxış ediblər.

Dadaş Məmmədov özünün və mərhum atası, tanınmış rəssam Nazim Məmmədovun Xocalı mövzusuna həsr etdikləri rəsm əsərlərindən danışıb. Bu dəhşəti insanlara incəsənət vasitəsilə çatdırmağa çalışdıqlarını vurğulayıb. Hazırda dövlət qurumlarının vasitəsilə xarici ölkələrdə sərgilərinin təşkil olunduğunu qeyd edib. Tədbirdə Dadaş və Nazim Məmmədovların Xocalı soyqırımına həsr etdikləri rəsm əsərləri nümayiş olunub.

Pianoda "Vətən haqqında ballada" əsərini ifa edən Nərgiz Əliyarova bütün dünyanın Xocalı soyqırımından məlumatlı olmasının, insanlığa sığmayan bu cür cinayətin gələcəkdə baş verməməsi üçün preventiv addımların atılmasının vacibliyini vurğulayıb. XX əsrdə erməni cəlladlarının dəfələrlə azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı cinayətləri törətdiyini xatırladan professor qeyd edib ki, bu zaman onlar ölkəmizdə yaşayan milli azlıqlara da rəhm etməyiblər, 1918-ci ilin mart soyqırımı zamanı 12 min azərbaycanlı ilə yanaşı yəhudiləri də qətlə yetiriblər. Ermənistanın monoetnik dövlətə çevrildiyi, Azərbaycanın isə multikultural dəyərlərə sadiq qaldığı, xalqımızın müxtəlif icmalarla sülh və barış içində yaşadığı diqqətə çatdırılıb.

Çilənay Səfərli ölkəmizin tarixində 29 il öncə baş vermiş soyqırımı qurbanlarını yad etdikləri üçün tədbir təşkilatçılarına minnətdarlığını bildirib. Tədbir Əmirliklərin Yəhudi Məclisinin baş ravvini Hakham Rabblor Abadienin Xocalı soyqırımı qurbanlarının ruhuna dualar oxuması ilə yekunlaşıb.
скачать dle 10.6фильмы бесплатно


24

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Rusiya DİN MDB ölkələrinə möhlət verdi
Армянский «вариант» «Искандер-нам-Э», или «на воре шапка горит» АНАЛИТИКА
Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə ixrac 50 faizdən çox artıb
Зеленский призвал украинцев отдыхать в Турции на фоне ограничений со стороны РФ
Ermənistan XİN "qara siyahı" tərtib edir - Metyü Brayza birincidir
Матвиенко: Мы горячо приветствуем инициативу президента Азербайджана

Rusiya DİN MDB ölkələrinə möhlət verdi

Армянский «вариант» «Искандер-нам-Э», или «на воре шапка горит» АНАЛИТИКА

Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə ixrac 50 faizdən çox artıb

Зеленский призвал украинцев отдыхать в Турции на фоне ограничений со стороны РФ

Ermənistan XİN "qara siyahı" tərtib edir - Metyü Brayza birincidir

Матвиенко: Мы горячо приветствуем инициативу президента Азербайджана

Tezliklə Suqovuşan elektrik enerjisi ilə təchiz ediləcək

Годовая инфляция в Азербайджане достигла 4%

Armen Sarkisyanın Gürcüstana səfərində QALMAQAL

"ADA Universitetində keçirilən beynəlxalq konfrans böyük əhəmiyyət daşıyır" MƏQALƏ

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.