Dünyada nüvə enerjisi istehsalı artır
Hər şeydən əvvəl xatırladaq ki, 2011-ci il martın 11-də tarixindəki ən güclü zəlzələ və sonrakı sunami nəticəsində Yaponiyanın “Fukusima-1” nüvə stansiyasında qəza baş verdi. Qeyd edilməlidir ki, bu hadisə nüvə hadisələrinin beynəlxalq miqyasında 7-ci səviyyəli maksimum radiasiya qəzası idi.
Ötən gün Yaponiyanın “Tokyo Şimbun” nəşri qəzanın 10-cu ildönümü ilə əlaqədar dünyada nüvə enerjisinin inkişaf perspektivlərini təhlil edib. Nəşrin təxminlərinə görə, 2050-ci ildə planetdə nüvə enerjisi istehsalı iki dəfə artacaq. Belə ki, bu gün Çin və Rusiya bu böyümə tendensiyasına rəhbərlik edirlər. Amma Qərbin də nüvə stansiyalarından istifadəsinin uzun müddət azalmasına dözməyəcəyi artıq sezilməkdədir.
Diaspor.info xarici mətbuata istinad edir.
Maraqlıdır, Yaponiyadakı nüvə qəzasından on il sonra qlobal nüvə enerjisi sənayesindəki vəziyyət nə yerdədir. ...Və ümumiyyətlə, bu sahədə hansı dəyişikliklər var? Hər şeydən əvvəl xatırladaq ki, qəzadan arxada qalan on il ərzində Almaniya ölkədə olan10 nüvə stansiyasını istismardan çıxarıb. Bu tendensiya, yəni nüvə stansiyalaının istismardan çıxarılması Yaponiya ilə yanaşı, Avropa və ABŞ-da elə bu gün də davam edir. Qeyd edək ki, bu ölkələrdən fərqli olaraq, bu gün Çində nüvə elektrik stansiyalarının inşası və xaricə ixracı ilə bağlı böyük bir bum yaşanır.
Etiraf edilməlidir ki, hazırda dünyadakı nüvə elektrik stansiyaları planetimiz üçün təhlükə mənbəyi olaraq qalmaqdadır.
Beynəlxalq Atom Enerjisi Agentliyinin verdiyi məlumata görə, bu ilin yanvarında Hindistanda istifadəyə verilən nüvə stansiyası dünyadakı nüvə stansiyalarının sayını 443-ə çatdırdı. Onu da bildirək ki, 2011-ci ilin yanvarından, yəni Fukusimadakı qəzadan bir qədər əvvəl Almaniya, Yaponiya, ABŞ, Fransa, Böyük Britaniya və İsveç ölkədə işləyən nüvə stansiyalarının sayını azaltdılar.
Bu ölkələrdən fərqli olaraq, Çin işləyən nüvə enerji bloklarının sayını 13-dən 50-yə, Rusiyanı 32-dən 38-ə, Hindistanı 19-dan 23-ə, Cənubi Koreya 21-dən 24-ə, Pakistan isə 2-dən 5-ə qədər artırdı.
Maraqlıdır ki, iqtisadi böyümə və elektrik enerjisinə artan tələbat səbəbindən nüvə elektrik stansiyalarının sayını artıran Çin, Fukusima qəzasından sonra bir müddət tərəddüdlə davransa da, hazırda ölkə 50 nüvə stansiyasına sahibdir. Belə ki, bu gün Çin dünyada üçüncü ən böyük nüvə stansiyası olmağı bacaran Yaponiyanı keçib və yaxın gələcəkdə daha 40 nüvə elektrik stansiyası da tikməyi planlaşdırır.
Hazırda Çin istehsalı olan nüvə elektrik stansiyaları təkcə Pakistan, Argentina və Türkiyəyə deyil, həm də uzun müddət güclü nüvə enerjisi istehsalına sahib olan İngiltərəyə də genişlənir.
Köhnə tip reaktorlarını sürətlə yeniləri ilə əvəz edən Rusiya da, nüvə ixracında Çinlə rəqabət aparır və Hindistan, İran və Belarusiyada yeni enerji bloklarının inşasında iştirak edir.
Maraqlıdır ki, bu yaxınlarda dünyanın 30 ölkəsi arasında nüvə elektrik stansiyalarını istilik elektrik stansiyaları ilə əvəzlənməsi ilə bağlı aparılan rəy sorğusuna qatılan ölkələrin əksəriyyəti ikinciyə səs verib. Bəli, sadəcə səs verib. Amma reallıqda həqiqət necədir?
Reallıq budur ki, 2050-ci ilədək dünyada nüvə elektrik stansiyalarında elektrik enerjisi istehsalın həcmini iki dəfə artacağı proqnozlaşdırır.
Ağasəf Babayev