BALAKƏN SAKİNİ PREZİDENT İLHAM ƏLİYEVƏ VƏ BİRİNCİ XANIMA MÜRACİƏT ETDİ.
BALAKƏN RAYON KATEX KƏND SAKİNİ EFENDİYEV ÜMİD MƏHƏMMƏD OĞLU 18
YAŞINADƏK DÖVLƏTDƏN TƏQAÜD ALIB, ARTIQ ÜÇÜNCÜ İLDİR Kİ,
TƏQAÜDÜ SƏBƏBSİZ YERƏ KƏSİLİB.
Balakən rayon Katex kənd sakinləri Məhəmməd və Gülminə Efendiyevaların dəvəti ilə, Diaspor.info saytının Şimal-Qərb bürosu onların evində olaraq, problemlə bağlı video çəkiliş edib.
Gülminə ana danışdıqca göz yaşlarına sahib dura bilmirdi. Onun dərdinə qulaq asan zaman, azacıq tibbdən anlayışı olan adam həmin an anlayarki, burada söhbət həkimlərin və Azərbaycan Respublikası “ Əmək və Əhalinin Sosial Müdafiəsi” nazirliyinin günahından gedir. Qəribə burasındadır ki, Ümid Efendiyevin gözləri də, çox zəif görür, əl-ayaqları o qədər nazikdir ki, sanki 21 yaşı deyil, 12 yaşlı oğlan uşağıdır. Ümidin qavraması o qədər zəif olub ki, fərdi təhsil belə almayıb.
2000-ci ildən təqaüd alan, 18 yaşında isə səbəbsiz yerə kəsilən əqli çatışmazlığı olan, eplepsiyalı, qavrama qabilliyyəti olmayan, get-gedə əl-ayağında quruma baş verən Ümid Efendiyev hətta, hamamda sərbəst yuyuna belə bilmir. Demək ki, Ümid hökmən nəzarət altında hərəkət etməlidir.
Gülminə ana deyir ki, hətta, ayaqyoluna belə Ümidi kömək edərək, aparmaq lazımdır. Ananın fəryadı odur ki, onlar bu həyatda olmayanda bu uşağa kim baxacaq? Heç olmasa təqaüd alsaydı özünü bir yerə çıxara bilərdi.
Ümid Efendiyevə baxarkən Ataların bir məsəli var: Görünən dağa nə bələdçi?
Həmin an hiss edirsən ki, bu uşaq xəstədir. Sadəcə həkimlər vaxtında diaqnozu düzgün yazıb aidiyyati qurumlara göndərmirlər. Əmək və Əhalinin sosial müdafiəsi nazirliyi isə öz qeydiyyatında olan təqaüdçülərin sonrakı taleyi ilə maraqlanmalıdır. Necə olur ki, uşaq 18 yaşına kimi təqaüd alır, sonra dayandırılır, görəsən bu uşaq 18 yaşı tamam olan kimi sağaldı?
Tibbi Sosial Ekspert Komissiyasının cavabındakı diaqnozu oxuyarkən gülünc sözlərə rast gəldik:--Diaqnoz:-Əlavə müalicəyə ehtiyacın olması, son iki ildə stasionar müalicə almayıb.İxtisaslaşmışKlinikada müayinə və müalicə davam etdirilsin. 26.09.2019
Sual olunur, Ana təqaüdçü, ata isə heç yerdə işləmir, həm də, Karantin, pandemiya dövründə hansı vəsaitlə ixtisaslaşmış xəstəxanada yatsın? Ümidin anası deyir ki, həkimə nə vaxt müraciət ediriksə deyir ki, müalicəni evə yazırıq, gedin evdə müalicə alın. Biz də, həmişə belə etmişik.
Onsuzda müalicəylə Ümidin əqli yerinə gəlməyəcək ki, sadəcə qollarının get-gedə qurumasının qarşısını almaq üçün müalicə edirik.
Qəribə burasındadır ki, nə Əmək Və Əhalinin Sosial Müdafiəsi nazirliyi, nə də ki, RMX-nın nevrapotoloqu məsələylə bağlı xəstəyə heç bir yardım göstərmirlər. Artıq Gülminə Efendiyeva Əmək Və Əhalinin Sosial Müdafiəsi nazirliyində də, olub və çox qəribə cavab da alıb: Sizin oğlunuz yanınızda bura gələ bilirsə deməli sağlamdır, ona təqaüd düşmür.
Çox gülünc bir sözdür, dəlilərin hamısı öz ayaqları üstündə çox rahatca dayanırlar, bu o, deməkdir ki, onlar sağlamdırlar?
Odur ki, Gülminə Efendiyeva saytımız vasitəsiylə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci Vitse Prezident Mehriban Xanım Əliyevaya müraciət edib.
Bir jurnalist kimi bəzən çox düşünürük, görəsən hər bir kəsin yerinə Prezident İlham Əliyev işləməlidir?, məgər ƏƏSMN-nin yerli nümayəndiliyi yoxdur, yəni onlar yerində baxış keçirə bilməzlər?
Hər kiçik problemdən ötrü Cənab Prezidentə müraciət olunmalıdır?
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər və
Yazıçılar Birliyinin Üzvü.