ABŞ-ın Kiyevə yardım zəmanətləri "Ayı xidmətidir Mariya Zaxarova
Ukraynaya silah tədarük edən və aqressiv ritorikaya sadiq qalan ABŞ, Kiyev rejimini Minsk razılaşmalarına məhəl qoymamağa təşviq edir. DİASPOR.İNFO RenTV-yə istinadən xəbər verir ki, bu fikri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Qazeta.ru-ya verdiyi müsahibəsində söyləyib.
Qeyd edək ki, bir qədər əvvəl Ukrayna Müdafiə Naziri ABŞ-ın Pentaqon rəhbəri Lloyd Ostinin "Kiyevi tək buraxmayacaqlarını" vəd edərək "hərbi zəmanət" verdiyini söyləyib.
"Bu cür bəyanatlar Ukraynaya xəyanətdir. Hər kəs ortaq bir məqsədə - Ukraynanın şərqində sülhə nail olmaq üçün çalışmalıdır", deyə Zaxarova Qazeta.ru-ya verdiyi müsahibədə deyib.
Xatırladaq ki, həftənin əvvəlində Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Ruslan Xomçak Donbasda hərbçilərin hücuma hazır olduqlarını söyləmişdi.
Onu da diqqətə çadıraq ki, Rusiya Federasiyasında da öz növbəsində Donbasdakı təmas xəttindəki gərginləşmədən və Ukrayna təhlükəsizlik qüvvələrinin təxribatçı hərəkətlərindən narahatlıqlarını ifadə ediblər. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov, Ukrayna Müdafiə Nazirliyinin ABŞ-dan dəstək barədə açıqlamasını şərh edərkən, "Rusiya sərhədləri yaxınlığındakı gərginlik əlavə təhlükəsizlik tədbirləri tələb edəcək", deyə bildirib.
Müəllif: İnam Hacıyev