• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Cəhbə Xəbərləri
    • Yazarlar

"Azİz" nümayəndələri oftalmoloq Yişay Faliklə görüşüblər

4-04-2021, 09:08 | Baxılıb: 14
“

"Azİz" nümayəndələri oftalmoloq Yişay Faliklə görüşüblər








"Azİz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının nümayəndəsi Şaul Simon-Tov və "Azİz" prezidentinin köməkçisi Orxan Rəsulzadə Vətən müharibəsində yaralanmış əsgərləri müalicə etmək məqsədilə Azərbaycana səfər edən həkimlərdən ibarət nümayəndə heyətinin rəhbəri, cərrah-oftalmoloq Yişay Faliklə görüşüblər.
Onlar İsraildə yaşayan bütün azərbaycanlılar adından oftalmoloqa minnətdarlıqlarını bildiriblər. Görüş zamanı Y.Falik deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təsis edilən "YAŞAT" Fondunun Himayəçilik Şurasının üzvlərindən biri olan görkəmli alim Məsud Aşinanın təşəbbüsü ilə humanitar heyəti formalaşdıraraq könüllü şəkildə Bakıya səfər etmək qərarına gəliblər.
"Müttəfiqlərinə kömək etmək israillilər üçün hər zaman xoşdur. Bu, könüllü işdir. Bu işi görməkdən çox məmnunuq. Əgər bu cərrahi əməliyyatlar İsraildə həyata keçirilsəydi, uçuş xərcləri xaric, 800 min ABŞ dollarına başa gələcəkdi. Ancaq heç birimiz bir dollar və ya Azərbaycan manatı almadıq. Bu işi cəsur əsgərlərə qarşı sevgi ilə dolu ürəyimizlə gördük və kömək etməkdən xöşbəxt olduq. Bir yəhudi və israilli olaraq hiss etdim ki, israillilər humanitar heyətlərin arxasında dayanır. Bu üç mədəniyyətin və üç fərqli dinin – xristianların, müsəlmanların və yəhudilərin dünyaya sağlamlıq gətirmək üçün birlikdə çalışmaları çox təsirlidir".
Yişay Falik azərbaycanlıları dünyanın ən qonaqpərvər xalqlarından biri adlandırıb. "Hara getməyimizdən asılı olmayaraq, elə bir isti münasibətlə qarşılandıq ki, özümüzü evdəki kimi hiss etdik. İndi özümüzü azərbaycanlı həkimlərlə - Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindəki möhtəşəm oftalmoloqlarla bir ailə kimi hiss edirik".скачать dle 10.6фильмы бесплатно


14

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə ixrac 50 faizdən çox artıb
Зеленский призвал украинцев отдыхать в Турции на фоне ограничений со стороны РФ
Ermənistan XİN "qara siyahı" tərtib edir - Metyü Brayza birincidir
Матвиенко: Мы горячо приветствуем инициативу президента Азербайджана
Tezliklə Suqovuşan elektrik enerjisi ilə təchiz ediləcək
Годовая инфляция в Азербайджане достигла 4%

Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə ixrac 50 faizdən çox artıb

Зеленский призвал украинцев отдыхать в Турции на фоне ограничений со стороны РФ

Ermənistan XİN "qara siyahı" tərtib edir - Metyü Brayza birincidir

Матвиенко: Мы горячо приветствуем инициативу президента Азербайджана

Tezliklə Suqovuşan elektrik enerjisi ilə təchiz ediləcək

Годовая инфляция в Азербайджане достигла 4%

Armen Sarkisyanın Gürcüstana səfərində QALMAQAL

"ADA Universitetində keçirilən beynəlxalq konfrans böyük əhəmiyyət daşıyır" MƏQALƏ

Hərbi Qənimətlər Parkı Azərbaycanın qalib Ölkə olduğunun əyani sübutudur - ŞƏRH ÖZƏL

"Ərdoğan Qarabağda bizə mane olur" - Jirinovski

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.