Nikolun Aprel döyüşləri barədə etirafları...
“Ermənilər həmişə olduğu kimi, yenə də eyni əhdə sadiqdirlər. Onlar xüsusi bacarıqla olmasa da, böyük hiyləgərliklə, böyük riyakarlıqla sistematik, davamlı, hiyləgər və heyrətləndirici inadla eyni avazı çalırlar”. Deyim ki, bu fikirlər gürcü ictimai xadim İlya Çavçavadzeyə məxsusdur. Bu gün gürcülərin “vətən atası” kimi qəbul etdikləri sadə bir şair...
Bu gün Aprel döyüşlərindən 5 il keçir. Belə ki, 2016-cı ilin aprelin 4 günü ərzində Azərbaycan Ordusu ermənilərə elə dərs keçdi ki, həmən döyüşdən sağ çıxan ermənilər indi də həmən günləri qorxuyla xatırlayırlar. Həmin ərəfədə həmişəki əhdinə sadiq ermənilər, müharibəni dayandırtmaq üçün yenə də Rusiya başda olmaqla dünyaya minnətçi düşmüşdülər.
Xatırladaq ki, həmən vaxt Aprel döyüşləri Ermənistan hakimiyyətinin Azərbaycana əraziləri qaytarmaq barədə şifahi razılığı əsasında dayandı. Yenə də Azərbaycan ölü sayı 600 hərbcini ötən ermənilərə humanistlık göstərdi.
Qeyd edim ki, bir müddət bundan əvvəl müharibəni uduzmaqda ittiham edilən erməni baş nazir Nikol Paşinyan çoxlarımıza məlum olmayan bəzi qaranlıq nüansları aydınlıq gətirmişdi.
Ermənilər 44 günlük müharibənin hələ dördüncü günü müharibədən qaçmağın mümkünlüyünü Nikola xatırladarkən, Paşinyan: “Əgər siz müharibədən qaça bilirdinizsə, onda 2016-cı ildə bunu edərdiniz. Siz bunu edə bilmədiniz. Siz müharibəni əraziləri qaytarmaq sözü verərək dayandırdınız. Amma biz buna nail ola bilmədik? Çünki bizə deyildi ki, Ermənistan artıq bir neçə dəfə söz verib və vədini yerinə yetirməyib, ona görə də danışıqlar yalnız yazılı və konkret müddətə ola bilər”.
Doğrudan da, bu erməni simasızlığının erməni tərəfindən etiraf edilən ən gözəl nümunəsi kimi qəbul edilməlidir. İndi erməni saytlarının 2016-cı ilin apreli barədə xatırlamalar paylaşıb bunu “ermənilərin qəhrəmanlıq tarixi” kimi təqdim etməsi adamda gülüşlə müşahidə edilən ikrah hissi oyadır.
Başa düşmürəm, ermənilər hansı “qəhrəmanlıq tarixindən” danışırlar.
Bir daha xatırlatmağa dəyər ki, 2016-cı ilin aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq, Azərbaycan və Ermənistan Silahlı qüvvələrinin hərbi birləşmələri arasında baş vermiş Aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalındıqdan bəri ən şiddətli döyüşlər idi.
Bildirək ki, bu döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin tam qələbəsi ilə yekunlaşmış, döyüşlər zamanı Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Seysulan və Qazaxlar kəndləri, rayonunun Suqovuşan kəndi istiqamətindəki yollar, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi, Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi ermənilərdən azad olunmuşdur.
Ümumiyyətlə, Azərbaycan Respublikasının verdiyi rəsmi məlumata görə, Silahlı Qüvvələrimiz dörd gün ərzində 2,000 hektarlıq ərazini azad etmişdi.
Amma burada maraqlısı bilirsiniz nədir, ermənilərin sonradan bu ərazilərin 800 hektar olub və heç bir strateji əhəmiyyətə malik olmadığını iddia etmələri. Ermənidir də, nə deyəsən...
Ağasəf Babayev