"Paşinyan aprelin sonunda istefa verəcək" Lilit Makuns
Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin sonunda istefa edəcək. DİASPOR.İNFO Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə hakim parlamentdəki "Mənim addımım" fraksiyasının rəhbəri Lilit Makuns jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, guya “Mənim addımım” fraksiyasının reytinqi yüksəkdir və bunu müxtəlif rəy sorğuları da sübut edir.
Paşinyanın 24 apreldə baş nazir statusunda olub-olmayacağı ilə bağlı suala Makuns cavab vermədiyini deyib.
"Hələ konkret bir qərar verilməyib, amma güman edirəm ki, Nikol Paşinyan aprel ayının sonunda istefa verəcək", deyə Makuns bildirib.
Qeyd edək ki, baş nazirin istefası ölkədə erkən parlament seçkilərinin keçirilməsi üçün lazımdır.
Xatırladaq ki, Ermənistan müxalifəti baş nazir Nikol Paşinyanın istefası üçün ardı-arası kəsilməyən etiraz aksiyaları keçirib və hələ də onun istefası tələbində israrlıdır. Ermənistan cəmiyyətində də Paşinyanın istefa niyyəti barədə də fikirlər var.
Müəllif: İnam Hacıyev