"Mehriban, qonşuluq münasibətləri qurulmalıdır" POLİTOLOQ RƏY VERDİ
"Azərbaycan konkret olaraq, hərbi cəbhə yaratmalıdır". Bunu DİASPOR.İNFO-ya politoloq Samir Hümbətov deyib.
Politoloq hesab edir ki, mehriban, qonşuluq münasibətləri qurulmalıdır: "Lakin tarixə nəzər yetirsək, son 200 ildə demək olar ki, daim azərbaycanlılar və türklər erməni soyqırımlarına məruz qalıblar. Bununla yanaşı, Şuşaya atılan "İsgəndər-M" raketləri demək olar ki, onların yanında kiçik bir zərrədir. Bundan sonra da heç bir dövlət, heç bir millət, heç bir xalq təminat verə bilməz ki, ermənilər bu xislətindən əl çəkməyəcəklər və bir daha bunu etməyəcəklər. Ona görə də biz öz tədbirlərimizi daha güclü görməliyik və növbəti dövrlər üçün ermənilərin ata biləcəyi təxribat xarakterli addımların qarşısını almağa çalışmalıyıq. Azərbaycan hərbi və stratejik baxımdan təhlükəsizliyini tam təmin etməlidir.
S.Hümbətov həmçinin qeyd edib ki, sərhədlərimizi elə bir formada təşkil etməliyik ki, növbəti dövrlərdə əgər ermənilər təxribata əl atarsa, qarşılaşdıqları vəziyyət onlara elə bir şərait yaratsın ki, bir daha belə bir addım atmağa cəsarət edə bilməsinlər.
Arzu Qurbanlı