Şimali Koreya Tokio olimpiadalarına qatılmayacaq
Şimali Koreya idmançılarını Covid-19 pandemiyasından qorumaq üçün Tokio olimpiadasına qatılmayacağını açıqlayıb. Beləliklə, Şimali Koreya Tokio olimpiadasından çıxdığını bildirən ilk ölkə oldu. DİASPOR.İNFO-nun xarici mətbuata istinadən verdiyi məlumata görə, Tokio olimpiadalarının təşkilat komitəsi rəsmisi qərarı "heyrət" ilə qarşılandığını və "təxmin etmədik, birdən-birə oldu" deyib.
Cənubi Koreyanın nazirliklərindən biri açıqlamasında belə deyib: Hökumətimiz Tokio olimpiadasının Koreya yarımadasında sülh üçün bir fürsət olacağına, eyni zamanda koreyalılar arasında harmoniya və əməkdaşlığın artmasına ümid edir".
Qeyd edək ki, əvvəllər 24 iyul-9 avqust 2020-də keçirilməsi planlaşdırılan və pandemiya səbəbi ilə təxirə salınan 2020 Tokio Olimpiya Oyunlarının 23 iyul-8 avqust 2021 tarixlərində keçirilməsinə qərar verilib.
Arzu Qurbanlı