“Azad olunmuş ərazilərin su ehtiyatları iqtisadiyyatın inkişafında dönüş yaradacaq” Məşhur Məmmədov
“Su həyatdır. Son 17 ildə ölkə Prezidenti İlham Əldiyev bu problemin həlli ilə bağlı görülmüş işlərin diqqətdə saxlanılması nəticəsində ölkə üzrə su problemi ilə bağlı təminat 100 faizə çatdırılıbdır. Prezident İlham Əliyev Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə yeni təyin etdiyi yeni sədrini qəbulu zamanı işğaldan azad olunmuş torpaqlarımızda bizim böyük su mənbələrimiz mövcud olduğunu, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin ekologiyamıza qarşı terrorçuluq siyasəti aparıldığını deyib”. Bu fikri Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov DİASPOR.İNFO-ya açıqlamasında diqqətə çatdırıb.
Millət vəkili bildirib ki, Prezidentimizin "dəmir yumruq" siyasəti ilə şanlı Azərbaycan Ordusunun rəşadətli əsgər və zabitlərimizin şücaəti ilə 30 illik həsrətimizə son qoyuldu, 44 gün ərzində işğal altında olan torpaqlarımız sahibinə – Qarabağ Azərbaycandır özümüzə qaytarıldı, haqq, ədalət, ərazi bütövlüyümüz bərpa olundu, torpaqlarımız azad nəfəs aldı və bu gün azad olunmuş torpaqlarımızda quruculuq, abadlıq işləri aparılır. Xüsusilə də azad olunan ərazilərdə artıq meliorativ tədbirlər görülməyə başlayıb: “Qələbədən sonra uzun illərdən bəri su təminatı çətin olan bu ərazilərə suyun verilməsi ilə gələcəkdə əkinlərin davamlı aparılmasına, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə və ekoloji tarazlığın bərpa edilməsinə təminat yaranacaq. Prezident İlham Əliyev çıxışı zamanı ermənilərin ekoloji terroru nəticəsində meşələrimizin, su anbarlarımızın dağıdıldığını deyərək bildirib ki, biz bu su anbarlarından səmərəli şəkildə istifadə edəcəyik. Dövlət başçımız ermənilərin meşələrin qırılması, qoruqların məhv edilməsi nəticəsində 54 min hektar meşə sahəsinin dağıdıldığını, talan və oğurlandığını bildirərək söyləyib ki, bu, böyük cinayətdir və dəymiş bütün ziyan indi hesablanır, o cümlədən bu ziyan da hesablanacaq. Sözsüz ki, hər bir kəs etdiyi əməllərinə görə cəzasını çəkməlidir. Dövlət başçımız çıxışı zamanı bildirdi ki, erməni terrorçuları Sərsəng su anbarı və Suqovuşan su anbarı onların nəzarətində idi. Bu iki su anbarını 1970-ci illərdə ulu öndər Heydər Əliyev tikdirmişdir. Onun təşəbbüsü ilə bu su anbarları tikilmişdir ki, Ağdam, Tərtər, Goranboy, Bərdə və digər rayonlarımızda suvarma işləri aparılsın. Sərsəng su anbarının əsas məqsədi, funksiyası sadaladığım və digər rayonlarımıza suyun verilməsi idi. O vaxt bu mənbədən 100 min hektara yaxın torpağa su verilirdi, eyni zamanda, Suqovuşandan da. O daha kiçikhəcmli su anbarıdır. Sərsəng su anbarında 500 milyon kubmetrdən çox su toplanırdı. Ancaq ermənilər suyumuzu kəsirdilər, qışda ekoloji ziyan vurmaq üçün qəsdən buraxırdılar, yaz-yay aylarında suyu kəsirdilər, biz susuz qalmışdıq".
M.Məmmədov dövlət başçısının azad edilmiş torpaqlara vətəndaşlarımız qayıdandan sonra bu su anbarlarından səmərəli şəkildə istifadə ediləcəyi mesajını da verib və bildirib ki, bununla paralel olaraq, azad edilmiş torpaqlarda bizim böyük çay resurslarımız var: "Biz bundan da məhrum idik. Bu gün azad edilmiş torpaqlarda formalaşan çaylarımız bizim əsas çaylarımızdır. Tərtərçay Kəlbəcər rayonu ərazisində formalaşır. Amma mənfur düşmən bizi Tərtərçayın suyundan məhrum edirdi. Hətta Qarabağ bölgəsinə dəfələrlə səfərim zamanı bu problemlə maraqlanarkən görürdüm ki, bu, böyük problemlər yaradır. Misal üçün, Tərtərin suyunu tam kəsirdilər. Tərtərçay bir çox yerlərdə demək olar ki, qurumuşdu. İndi biz Tərtərçaya qayıtmışıq, onun mənbəyinə qayıtmışıq. Bazarçay - ona Bərgüşad çayı da deyirlər, Həkəri çayı, Oxçuçay - bir çox çaylar, 10-dan çox çay orada formalaşır. Onların potensialı təhlil edilməlidir. Çayların məcrası ilə bağlı düzgün təhlil aparılmalıdır, biz bu çaylardan necə səmərəli istifadə edək. Onların bir çoxu Araz çayına axır”.
M.Məmmədov onu da vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərin su ehtiyatlarının iqtisadiyyatımızın irəliləyişində dönüş yaradacağına əminlik bildirən coğrafiyaçı mütəxəssis suvarılan torpaqların artırılmasına, suya olan tələbatın ödənilməsinə, digər su ehtiyyatlarının paylanmasına və idarə olunmasına yetərincə müsbət təsir göstərəcəyini diqqətə çatdırıb: “Biz əminik ki, tezliklə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində həmin ərazilərdə bütün su təsərrüfatı obyektlərimiz yenədən təmir-bərpa olunacaq, torpaq və su istifadəçilərinin ixtiyarına veriləcəkdir. Bundan sonra biz həmin ərazilərdən daha bol məhsul əldə edəcəyik. Dövlət başçımızın dediyi kiimi, “Beləliklə, bu sahədə görüləcək işlər çoxdur, həm azad edilmiş torpaqlarda, həm də digər ərazilərdə. Əsas prinsip müasirlik, ekoloji təhlükəsizlik və maksimum səmərəlilik olmalıdır ki, Azərbaycan vətəndaşları, kənd təsərrüfatı ilə məşğul olan vətəndaşlar öz həyatlarında müsbət dəyişiklikləri görsünlər. Əminəm ki, bu, belə də olacaq”.
RƏFİQƏ HÜSEYNOVA