Prezident İlham Əliyev - Azərbaycan xalqını dəmir yumruq kimi birləşdirən lider ÖZƏL-ŞƏRH
Özbəkistanla Türkiyənin birgə layihəsi olan “Özbekistanhaber” informasiya agentliyinin Azərbaycan Prezidenti İlham Əliyevi “İlin adamı” elan etməsi bu reallığın bariz sübutudur
Özbəkistanın paytaxtı Daşkənd şəhərində Özbəkistanla Türkiyənin birgə layihəsi olan “Özbekistanhaber” informasiya agentliyinin Azərbaycan Prezidenti İlham Əliyevi “İlin adamı” elan etməsi mükafatın təqdimat mərasimində Özbəkistandakı diplomatik korpusun üzvləri, səfirlər, diplomatlar, ölkənin tanınmış elm və mədəniyyət xadimləri, media nümayəndələri iştirak ediblər.
Prezident İlham Əliyevin rəhbərliyi ilə daxili və xarici siyasətdə mühüm uğurlar qazanan, regionda və dünyada nüfuzu artan Azərbaycanın inkişaf modelinə beynəlxalq maraq artmaqdadır. Azərbaycanın inkişafı ölkə vətəndaşlarının rifah halının yüksəlməsi ilə bərabər, həm də regional və qlobal əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, dünyanın nüfuzlu ekspertləri, siyasi xadimləri, ayrı-ayrı nəşrlər Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasəti yüksək qiymətləndirirlər.
Xüsusilə də, Azərbaycan tarixinə yeni missiya ilə - “Əsl siyasət konkret, real iş görməkdən ibarətdir” deyərək ictimai fəaliyyətə başlayan Prezident İlham Əliyevin hələ 2003-cü ildə söylədiyi “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam, hər bir Azərbaycan vətəndaşının qayğı və problemlərinin həlli yolunda bütün bacarıq və qabiliyyətimi əsirgəməyəcəyəm” fikirləri ilə real məzmun kəsb etməyə başladı. Sentyabrın 27-də faşist Ermənistanın növbəti təxribatından və onların bütün cəbhə boyu yaşayış məntəqələrimizi artilleriya qurğularından atəşə tutmasından dərhal sonra şanlı ordumuzun əks hücumu nəticəsində başlanan Vətən Müharibəsi Ali Baş Komandanımızın diplomatik siyasəti, Güclü Ordumuzun və rəşadətli əsgər və zabitlərimizin igidliyi ilə düz 44 gün ərzində 30 il işğal altında olan həsrətində olduğumuz torpaqlarımız özümüzə qaytarıldı. Bu, xalq-iqtidar-ordu birliyinin, xalqın, ordunun öz Liderinə inamının qələbəsidir. Çünki Ali Baş Komandanın apardığı diplomatik siyasəti düzgün siyasətdir, ölkə Prezidentimizin uğurlu siyasəti haqq işidir! Ordumuzun uğurları hər bir azərbaycanlında sevinc və sonsuz qürur hissi yaşadır. Dövlət başçımızın dediyi kimi, “Qarabağ bizim doğma dədə-baba torpağımızdır, bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və bu gün bizim mübarizəmiz haqq mübarizəsidir!”.
Həm hərb meydanında, həm də danışıqlar masasında – Prezident İlham Əliyev qətiyyəti!
Bəli, bu, Azərbaycan Prezidenti İlham Əliyev Cənablarının əsl siyasətidir. Güclü ölkənin güclü, qətiyyətli lideri də güclü olur. Böyük mütəfəkkir Viktor Hüqo vaxtilə yazırdı: «Əsl liderin ömrünün yarısı Vətənə, digər yarısı da xalqa xidmət etməkdən ibarətdir». Həm hərb meydanında, həm də danışıqlar masasında – Prezident İlham Əliyev qətiyyəti!
Bunu dövlətimizin başçısının istər yerli televiziya kanallarına və mətbuatına, istər xarici televiziya kanallarına və mətbuatına, istəsə də xalqa müraciətlərində səsləndirdiyi hər bir bəyanatda 30 ilə yaxın müddətdə dünya dövlətlərinin siyasi iradə ortaya qoymamalarının yol açdığı sual doğuran və dəqiq cavabını axtaran məqamlar öz əksini tapıb. Real həqiqətlər bir daha bu gerçəkliyə işıq salır ki, zaman keçdikcə baş verən hadisələrin mahiyyəti daha dərindən dərk olunur, haqqın, ədalətin maraqların arxasında necə əridiyi aydın görünür. Bu gün dünyaya edilən «həqiqətə həqiqət gözü ilə baxaq» çağırışı erməniləri və onların havadarlarını narahat etsə də, unudulmamalıdır ki, beynəlxalq hüquq normaları və prinsipləri deyilən məfhum mövcuddur ki, onlara böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlər əməl etməli, yanaşmalarında əsas götürməlidirlər.
Bəli, 44 günlük Vətən Müharibəsi bir daha Prezident İlham Əliyev cənablarının dünya miqyasında LİDER siyasətçi olduğunu bir daha göstərdi. Və dəmir yumruğa çevrilən 44 günlük Vətən Müharibəsinin Qələbə sevincimizi nümayiş etdirən Zəfər paradımız bunun sübutudur. Bu dəmir yumruq onların belini qırdı, onların başını əzdi. Bu, birlik, güc yumruğudur. Bundan sonra Azərbaycan yalnız inkişaf, tərəqqi yolu ilə gedəcək. Bundan sonra da biz ordu quruculuğu işində əməli addımlar atacağıq, ordumuzu daha da gücləndirəcəyik. İradəmiz də, təcrübəmiz də var. Bu Qələbə eyni zamanda, göstərdi ki, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmaq fikrində deyildi və bütün xalqımız, o torpaqları tərk edənlər, qayıtmaq arzusunda olanlar, o torpaqlarda heç vaxt olmayan, amma o bölgələrdən olan gənc nəslin nümayəndələri, hər kəs bir arzu ilə yaşayıb və bu arzu həyata keçirildi. Artıq müharibə arxada qaldı. Prezident İlham Əliyev Azərbaycan xalqını 2020-ci ilin qalib xalqı etdi. 17 il öncə deyilənlər, bu gün öz müsbət nəticəsini verib. Bax, budur uğurlu siyasət!
Bir sözlə, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi fəaliyyəti ilə bağlı keçirilən bütün sorğuların, layihələrin nəticələri həmişə yüksək rəqəmlərlə müşahidə olunur. Bütün bunlar nəyi ifadə edir? Hər şeydən əvvəl Prezident İlham Əliyev də məhz 17 illik fəaliyyətinə görə Azərbaycanda yeganə lider olduğunun sübutudur. Həmçinin, Özbəkistanla Türkiyənin birgə layihəsi olan “Özbekistanhaber” informasiya agentliyinin Azərbaycan Prezidenti İlham Əliyevi “İlin adamı” elan etməsi bu reallığın bariz sübutudur. Bu, bir daha sübut edir ki, Azərbaycanda İlham Əliyev siyasi lider kimi, alternativsiz LİDER kimi xalqın inam ünvanıdır. Çünki məhz bu siyasətin nəticəsində biz Qələbə qazandıq. Haqq, ədalət, Azərbaycanımızın bütövlüyü bərpa olundu. Qarabağ Azərbaycandır!
ZƏRİFƏ QULİYEVA,
“Modern ailə və inkişaf” İctimai Birliyinin sədri