"Ukrayna partlayış bölgəsinə çevrilir" Dmitri Peskov
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında Ukraynanın qeyri-sabit və partlayıcı bir bölgəyə çevrildiyini söyləyib. DİASPOR.İNFO RenTV-yə istinadən xəbər verir ki, Peskov bunu jurnalistlərə açıqlaması zamanı deyib.
Kremlin sözçüsü, hər hansı bir qonşu ölkənin təhlükəsizliyini qorumaq üçün tədbirlər görüldüyünü vurğulayıb.
Xatırladaq ki, əvvəllər Almaniya kansleri Angela Merkel, Vladimir Putinlə söhbətində, Rusiya Federasiyasını Ukrayna ilə sərhədlərə yaxın hərbi mövcudluğundan imtina etməyə çağırıb.
"Əlbətdə ki, qeyri-sabit bölgəsi, sərhədləri yaxınlığında təhlükəli, partlayıcı bir bölgəsi olan hər bir ölkə, öz təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirləri görür", deyə Peskov jurnalistlərə açıqlamasında bəyan edib.
Kremlin sözçüsü, Ukraynanın Donbass probleminin hərbi yolla həll edilməsi fikrini rədd etmədiyini əlavə edib. Onun sözlərinə görə, Bosniya Srebrenitsa faciəsinə bənzər bir vəziyyətin orada təkrarlanması təhlükəsi var və bu vəziyyətdə heç bir ölkə kənarda qalmayacaq.