Rusiya Federasiyası Ukraynanın cənub-şərqində yaşayan rusdilli əhalinin taleyinə biganə qalmayacaq. Diaspor info RenTV-yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov dünən jurnalistlərin suallarını cavablandırarkən verdiyi müsahibə zamanı söyləyib.
"Rusiya bütövlükdə bütün dünyadakı rusdilli insanların maraqlarının təmin edilməsini vacib hesab edir", deyə Peskov, jurnalistlərin, Rusiya yalnız Donbass sakinlərinin taleyinə biganə qalmayacaqmı, sualını cavablandırarkən bəyan edib.
Peskov, Donbass sakinlərinin öz dövlətləri tərəfindən rədd edildiyini də söyləyib.
"Öz dövlətləri tərəfindən rədd edilənlər məhz bunlardır. Biz həmişə Ukraynadakı vətəndaş müharibəsinin qonşu Ukrayna və bütövlükdə Avropa üçün böyük bir faciə olduğunu söylədik", deyə Rusiya prezidentinin mətbuat katibi bildirib.
Xatırladaq ki, bir qədər əvvəl Peskov, Rusiyanın Donbasdakı vəziyyətdən narahat olduğunu söyləyib. Çünki Kiyev Ukraynada "vətəndaş müharibəsinin atəşini alovlandıracaq" təxribatlar təşkil edir, deyə bir qənaətdədir.