ABŞ konstitusiya vəkili Bruce Fein, Baydenin 24 aprel tarixli qərarına sərt reaksiya verib. Diaspor info-nun xarici mətbuata istinadən verdiyi məlumata görə, Fein Baydenin 1915-ci il hadisələri ilə bağlı 24 aprel açıqlamasını və erməni iddialarını qiymətləndirərək "Amerikalılar bu barədə heçnə bilmirlər!" deyib.
ABŞ-ın keçmiş prezidenti Ronald Reyqan dövründə Ədliyyə Nazirliyinin müşaviri vəzifəsində çalışan konstitusiya vəkili Bruce Fein, prezident Co Baydenin 24 aprel elanını sərt bir şəkildə tənqid edərək, "Birinci Dünya Müharibəsindəki bütün qüvvələrin arxivlərini açdı. Yalnız Ermənistan imtina etdi arxivləri açmaq üçün. Nəyi gizlədirsiniz? Böyük bir davanız olduğuna inansanız, niyə arxivlərinizi hər kəsə açmayaq və Türkiyəyə qarşı hər hansı bir ittiham sübutunun ortaya çıxmasını gözləməyək?" deyib.
Arzu Elsevərqızı