Ulu öndərlə tarixi görüşlərdən maraqlı anlar .
O vaxt 1990-cı il idi. Sovet İttifaqı dağılmamışdı. Azərbaycan 20 Yanvar sınağından təzəcə çıxmışdı. Qorbaçovun qılıncının dalı da, qabağı da kəsirdi. Azərbaycanda Ayaz Mütəllibov imperiyasının köməkliyi ilə hakimiyyət kürsüsünə əyləşməşdi. Heydər Əliyev Moskvadan Azərbaycana qayıtsa da mövcud rejim Bakıda yaşamağa imkan vermədiyindən o blokada şəraitində yaşayan Naxçıvana keçmişdi. A.Mütəllibov və onun əlaltıları H.Əliyevin artmaqda olan nüfuzunu qarşısını almaq üçün əllərində olan bütün mexanizmləri işə salmışdılar. Belə bir şəraitdə imperiyanın təbliğat maşınına güclü əkszərbə endirildi – Bakıda “Наше дело” qazetinin Heydər Əliyevə həsr edilmiş xüsusi buraxılışı yayılmağa başladı. Ən maraqlısı isə bu idi ki, Moskvada nəşr edilmiş qəzet Bakıya gizli yolla gətirilir və burada da gizli şəkildə əldən-ələ yayılırdı.
Qəzetdə Heydər Əliyev “Əgər biz layiqli adamlar deyildiksə, bizim seçdiyimiz adam hansı haqla ölkə idarə etməyə layiqdir” deyə Qorbacov və onun əlaltılarına cəsarətlə meydan oxuyurdu. Həmin vaxt göstərilən bütün cəhdlərə baxmayaraq nə qəzeti Bakıya gətirənlər aşkar edildi, nə də onun yayılmasının qarşısı alına bildi. Bu günlərdə öyrəndik ki, həmin qəzetin araya-ərsəyə gətirilməsində bə gizli yayılmasında xüsusi əməyi olmuş Baxşəliyev Tofiq Cabbar oğlu hazırda Bakı şəhərindədir. Bir xeyli axtardıqdan sonra onu tapıb həmsöhbət olduq.
-Tofiq müəllim, Heydər Əliyev haqqında 1990-cı ildə bu cür xüsusi buraxılışnəşr etdirib respublikada yaymaq üçün sizin onu yaxından tanımanız gərəkdir. Heydər Əliyevlə şəxsi tanışlığınız nə vaxtdan başlayıb?
-1990-cı ilin 20 Yanvar hadisələri baş verəndə mən Moskva şəhərində idim. Bu hadisədən sonrakı günlər mən və mənim kimi digər azərbaycanlılar Moskbadakı Azərbaycan nümayəndəliyinin qarşısına yığışırdıq. Həmin gün biz minlərlə azərbaycanlılar Müdafiə Nazirliyinin, SİTA-nın, televiziyanın qarşısında etiraz nümayişləri, piketlər keçirirdik. Yanvarın 22-də yenə yığışmışdıq ki, müəyyən təşkilatların qarşısında piket keçirək. nümayəndəliyin qarşısında durmuşduq ki, qara rəngli “Volqa” markalı bir maşın dayandı, Heydər Əliyev düşdü. Həmin gün Heydər Əliyev 20 Yanvar hadisələri ilə əlaqədar tarixi bəyanatını verdi. Bizim də ilk görüşümüz orada oldu.
Sonra o Naxçıvana qayıtdı. 1990-cı il dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bir dəstə gül alıb evinə, Heydər Əliyevi təbrik etməyə getdim. Yaxından ilk tanışlığımız da o vaxtdan başlayır.
-Hə o dövrdə, nə də indi rəsmi olaraq Azərbaycanda “Наше дело” qəzeti yayılmayıb. Ancaq naməlum yolla bu qəzet Azərbaycanda əldən-ələ gəzib. “Наше дело” Azərbaycana hansı yolla gəlmişdi?
-Heydər Əliyev elə böyük şəxsiyyətdir ki, onunla danışmaqdan doymaq olmur. Bu mənada mənə qaranlıq bir sıra məqamlarla bağlı Heydər Əliyevə suallar verirdim, cavab alırdım. Bu söhbətlər əsnasında dedim ki, mətbuatla bağlı nəsə bir iş görmək lazımdır. Çünki həmin vaxt həm Azərbaycanda, həm də Moskvada çıxan qəzetlərdə Heydər Əliyevə qarşı böhtan kampaniyasına başlaılmışdı. Heydər Əliyev məsləhət gördü ki, Moskvada “Наше дело” qəzeti var, əgər mümkün olsa müəyyən məqalələri dərc etdirib, yaymaq lazımdır. Növbəti dəfə Moskvaya gedəndə həmin qəzetin redaktoru Aleksndr İvanoviç Fedorovski ilə görüşdüm – müəyyən yoldaşların köməyi ilə. Məsləhətləşdik, qərara gəldik ki, müəyyən sayda qəzet nəşr edək. Baxmayaraq ki, o zama həm çətin idi, həm də qorxulu idi, A.İ. Fedorovski razılıq verdi. Ancaq yaymaq məsələsi bizə həvalə edildi. Fedorovskinin evinə gedəndə, o qapını çox gec açdı. Səbəbini soruşduqda dedi ki, mən artıq qorxuram, çəkinirəm bu işdən. Dedim “niyə?”. Belə cavab verdi ki, siz gedəndən sonra mənə sui-qəsd cəhdi olub. Evə daxil olanda gördüm ki, onun əlində qaz tapançası da var. Fedorovski bu işdən qorxurdu. Bizə də məsləhət görürdü ki, ehtiyatlı olaq.
-Bəs Azərbaycanda qəzetin yayılmasına reaksiya necə idi?
-Təhsil ocaqlarında bu qəzeti yayan adamlar az-az aparırdılar. Çünki hər yerə çatdırmaq olmurdu. Lakin haralara ki, çatdırılırdı, həmin yerlərdə deyirdilər ki, yenə də gətirin. O vaxt xalqa Heydər Əliyevlə bağlı məlumat qıtlığı vardı. Yəni onlar daha çox məlumat almaq istəyirdilər. Hakimiyyətsə bütün bunlara çox pis münasibət göstərirdi. Onlar üçün maraqlı idi ki, bu qəzetlər haradan gəlir. Axtarırdılar. Bizcə bu işi genişləndirərək Gəncə zonasına da yayırdıq. O vaxt birbaşa apara bilmirdik. Naxçıvandan Gəncəyə uçan “YAK-40” təyyarəsi ilə göndərməli olurduq.
-Sizi belə bir işə girişməyə nə vadar etdi? O vaxt Heydər Əliyevə qarşı istər Azərbaycanda, istərsə də Rusiyada ciddi təzyiqlər vardı. Siz də çoxları kimi çəkilib kənarda dura bilərdiniz.
-Bütün bunlar hamısı ondan doğurdu ki, mənim lap əvvəldən Heydər Əliyevə simpatiyam var idi. Mən çox mütaliə edirəm. Oxuduğum kitablarda belə Heydər Əliyevə bənzər personajlara çox az-az rast gəlinir. Heydər Əliyev belə şəxsiyyətdir. Bir də Vətən oğlu kimi istəyirdim ki, Heydər Əliyevə az da olsa mənəvi dayaq olum. O vaxt kimin ağlına gələrdi ki, Heydər Əliyev yenidən hakimiyyətə qayıdacaq, prezident olacaq.
-İndi ortaya elə adamlar çıxıblar ki, onlara inansaq, Heydər Əliyevin Moskvada təqib olunduğu dövrdə az qala onun uğrunda qan tökdüklərini bildirirlər. Ancaq sizin adınıza heç yerdə rast gəlməmişik.
-İndi axtarıb tapmasaydınız, yəqin ki, mənim adıma heç rast gəlməyəcəkdiniz də. Dediyiniz adamların olması da təbii haldır. Hakimiyyətdə olanda adamın ətrafına müəyyən məqsədlər güdən çoxları yığışır. Onların içərisində safı, təmizi az-az olur. Ancaq belələrini ələkdən keçirən Heydər Əliyev kimi nəhəng var. Amma o “çoxlar” vaxtilə Heydər Əliyevin əleyhinə deyilən sözlərə əl qaldırırdılar.
-Bu qəzeti yayanda ağlınıza gəlirdimi ki, nə vaxtsa bu barədə müsahibə verəcəksiniz, xatirələrinizi danışacaqsınız?
-Yox, heç inanmırdım. Bunu adi bir hal kimi, adi iş kimi edirdim. Lazım idi deyə edirdim. Mən bunu etməliydim. Mənim yadımdadır, Moskbadan qayıdandan sonra, 1991-ci il may ayının 10-da Heydər Əliyevin ad gününü təbrik etməyə gedəndə dedi ki, o qəzetdən bir 10 nüxsə gətirərsən . biz onu gələcək üçün saxlayırıq, arxivə qoyarıq. Mən də 10 nüxsə gətirdim. Yəni mən bilirdim ki, nə vaxtsa bu arxivlə kimsə maraqlananda qəzet üzə çıxacaq. Lakin mən inanmırdım ki, bununla bağlı müsahibə verəcəyəm, xatirələrimi bölüşəcəyəm.
Diaspor.info
Bakı şəhəri