“Mətbuat Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətinin qurulması sahəsində göstərdiyi fəaliyyəti, atdığı məzmunlu addımları və onun nəticələrini daim təbliğ və təqdim edəcək”. Bunu “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev Diaspor info-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycan mediasının çox istiqamətli informasiya təbliğat fəaliyyəti nəticəsində həm ölkə ictimaiyyəti, həm də dünya ictimaiyyəti Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi üçün nə etdiyi barədə tam təsəvvürə malikdir. Çünki əgər bu gün Azərbaycan cəmiyyəti 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişinə birmənalı və hamılıqla verdiyi dəstəyin hələ də üstündə dayanırsa və bunu xalqın o zaman üçün ən düzgün və strateji seçimi hesab edirsə demək Azərbaycan cəmiyyəti və dünya Ümummilli Lider Heydər Əliyevi artıq çox yaxşı tanıyır və bilir ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan dövləti üçün həqiqətən qurucu bir Liderdir. Ulu Öndər Heydər Əliyevin fəaliyyətləri olmasaydı Azərbaycan dövləti nə qurula, nə regionda və dünyada öz yerini sabitləşdirə nə də ki, dünyada sayılıb seçilən ölkələrindən birinə çevrilə bilərdi. Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinin məzmunun dövlətçiliyə və Azərbaycanın mənafelərinə uyğun olduğunun izah olunmağında, təbliğat aparılmasında Azərbaycan mediasının çox böyük rolu var. Media qurur duya bilər ki, Ulu Öndər Heydər Əliyevin fəaliyyətini təhlil və informasiyalar üzərində dünyaya və ictimaiyyətimizə lazımı səviyyədə çatdıra bilir”.
Müəllif: Gülyana