BMT-nin Baş katibi Antonio Quterreş İsrail-Fələstin münaqişəsində gərginliyin azaldılmasına və tərəflər arasında hərbi döyüşlərin son qoyulmasına çağırıb.
Diaspor info-nun məlumatına görə, bu barədə A.Quterreş öz "Twitter" səhifəsində yazıb.
Baş katib qeyd edib: "Fitr Bayramı ruhuna hörmət olaraq, dərhal Qəzza zolağı və İsraildə gərginliyin azaldılmasına və döyüşlərin dayandırılmasına çağırıram. Həddindən artıq çox günahsız dinc insan həlak olub. Bu münaqişə yalnız bölgədəki qarşıdurmanın kəskinləşməsini və ekstremist fəaliyyətləri şiddətləndirə bilər".
101