AZƏRBAYCAN HƏQİQƏTLƏRİNİN DÜNYAYA ÇATDIRILMASINDA OMBUDSMANIN ROLU DANILMAZDIR.
Faktaraşdırıcı missiya çərçivəsində həyata keçirilmiş monitorinqin nəticələrinə əsasən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Bərdə rayonu ərazisindəki yaşayış məntəqələrini beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə etməklə atəşə tutması insan hüquqları sahəsində qüvvədə olan beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması kimi qiymətləndirilmiş və müəyyən edilmişdir ki, sülh və insanlıq əleyhinə yönəlmiş müharibə və terror cinayətləri törətməkdə davam edən Ermənistan dövlətinə qarşı beynəlxalq səviyyədə insanlıq və ədalət naminə müvafiq sanksiyaların tətbiq edilməsinə ciddi ehtiyac vardır.
Azərbaycan Respublikasının İnsan Hüquqları
üzrə Müvəkkili (Ombudsman)
Səbinə Əliyeva
Məlum olduğu kimi 44 gün davam edən və Zəfərlə başa çatan
“İkinci Qarabağ” müharibəsi zamanı bir çox dünyanın aparıcı dövlətləri, bəzi qurumlar Azərbaycanın haqq savaşına kölgə salmaq üçün əsil həqiqətləri gizlətməklə, Azərbaycana iftira atmaqla məşğul idilər. Müharibənin ən qızğın vaxtlarında belə “İnformasiya savaşı” silah savaşı qədər əhəmiyyətli idi. Odur ki, dünyanın ən aparıcı KİV nümayəndələri Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevdən müsahibələr almaq istəyirdilər. Ən nüfuzlu kiv nümayəndələri belə, hətta, “BBC” müxbiri təxribat xarakterli suallarla Cənab Prezidenti çaşdırmaq istəyirdilər. Lakin sonradan bütün dünyaya səs salan məşhur müsahibə onu deməyə əsas verdi ki, Azərbaycan təkcə döyüş meydanında “Dəmir Yumruq” əməliyyatı keçirmir, o, siyasətdə də, “Dəmir Əqidə” nümayiş etdirir. Prezident İlham Əliyevin müdrik siyasəti, onun bütün dünya siyasətini olduğu kimi bilməsi və Azərbaycan həqiqətlərini dünyaya düzgün və inandırıcı çatdırmaq qabiliyyətinə malik olması dövlətimizi siyasətdə də, qalib etdi.
Müharibə zamanı Azərbaycanın bir çox qurumları, QHT, DİDK, KİV nümayəndələri də Azərbaycanda baş verən terror aktlarını dünya ictimaiyyətinə çatdırırdılar. Lakin bütün bu qurumlarla yanaşı Dünyanın aparıcı təşkilatlarının daha çox inandığı bir qurum, Azərbaycan Respublikasının İnsan Hüquqları
üzrə Müvəkkili (Ombudsman) də, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə, bir çox nüfuzlu təşkilatlara zamanında çatdırmaqla məşğul idilər. Ombudsmanın hüquqi baxımdan ünvanladığı bəyanatlar daha kəsərli olduğu üçün, İnsan Hüquqları Üzrə Müvəkkilimiz Səbinə Əliyeva daha məhsuldar işi ilə seçilirdi. Onun bütün hadisələrə ədalətli yanaşması, Bərdə və s. müharibə gedən şəhərlərdən uzaq olan ərazilərimizə ermənilərin təcavüzü nəticəsində baş vermiş fəlakət zonasına dərhal gəlməsi, öz missiyasına daha ciddi yanaşması təqdirəlayiq haldır. Prezident İlham Əliyevin İnformasiya savaşında, Ermənilərin iç üzünün açılması prosesində, onların törətdikləri terror aktlarının dünyaya daha tez çatdırılmasında, Ombudsmanın gördüyü işlər nəzərəçarpacaq dərəcədə oldu.
Ombudsman Səbinə Əliyevanın müharibə gedən zamanı gördüyü işlərdən bəzilərini oxucularımızın da, diqqətinə çatdırmaq istəyirik.
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Bərdə rayonunu ballistik raketlərlə atəşə tutması nəticəsində mülki əhali arasında baş vermiş çoxsaylı tələfat, yaralanma və infrastruktur obyektlərin dağıntılara məruz qalması faktlarına və bu hadisəylə bağlı dünyanın nüfuzlu təşkilatlarını məlumatlandırmağa dair Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva zamanında və dərhal bir sıra addımlar atmışdır.
Ermənistan Respublikasının silahlı qüvvələri 27 sentyabr 2020-ci il tarixdən beynəlxalq hüququn norma və prinsiplərini, “Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında” 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini, habelə elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan şəhər və rayonlarımıza da raket və ağır artilleriya zərbələri endirib. Nəticədə dinc əhali arasında çoxsaylı tələfat və yaralanma halları baş verib, çoxlu sayda mülki infrastruktur obyektləri dağıntılara məruz qalıb, vətəndaşlar külli miqdarda maddi, mənəvi və fiziki ziyan çəkiblər.
Sülh və insanlıq əleyhinə yönəlmiş müharibə və terror cinayətlərini davam etdirən Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhalini qəsdən qətlə yetirmək məqsədi ilə 27-28 oktyabr 2020-ci il tarixlərində döyüş əməliyyatları zonasından uzaqda yerləşən və ölkəmizin qədim tarixə malik rayonlarından biri olan Bərdənin yaşayış məntəqələrini ardıcıl iki gün ərzində mülki əhaliyə qarşı istifadə edilməsi beynəlxalq hüquqla qadağan edilmiş silahlardan atəşə tutmaqla çoxsaylı insan tələfatına və dağıntılara səbəb olan terror aktı törədilmişdir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bərdə rayonuna səfər edərək faktaraşdırıcı missiya həyata keçirmiş və mülki əhalinin fundamental insan hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmiş tələfat və dağıntı faktlarını yerində araşdırmışdır. Ombudsmanın faktaraşdırıcı missiya çərçivəsində Bərdə rayonunda həyata keçirdiyi fəaliyyəti əhatə edən bu hesab xarakterli məqalə də, yerində toplanmış real faktlara əsaslanır və 27-28 oktyabr 2020-ci il tarixlərini əhatə edir.
Ombudsman bu hadisəylə bağlı dünyaya səs salan zaman Ermənistan tərəfindən raket hücumuna məruz qalmış Bərdə rayonu haqqında geniş məlumat verib.
“Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olan Bərdə rayonu 1930- cu ildə inzibati ərazi statusu almış və hazırda 1 şəhərdən, 110 kənddən ibarətdir Bərdə rayonunda 35 inzibati ərazi vahidi və dairəsi var, 67 bələdiyyə, 73 müəssisə, 32 məktəbəqədər təhsil müəssisəsi, 76 məktəb, 16 tibb müəssisəsi, 205 mədəniyyət ocağı fəaliyyət göstərir. Bərdə rayonunun mərkəzi hesab olunan Bərdə şəhəri təkcə Azərbaycanın deyil, bütövlükdə Yaxın Şərqin ən qədim yaşayış mərkəzlərindəndir. Bunu arxeoloji qazıntılar zamanı tapılmış materiallar, o cümlədən Makedoniyalı İsgəndər, Arakilər və Roma imperatoru Avqust dövrünə aid pullar sübut edir. Əldə edilmiş mənbələr Bərdənin hələ e.ə. mövcud olan ölkələrlə əlaqəsi olduğunu göstərir. Bərdədə eramızdan əvvəl II minillikdən başlamış son orta əsrlərə qədər geniş bir dövrü əhatə edən çoxlu maddi mədəniyyət əşyalarının qalıqları tapılmışdır, qədim abidələr qorunub saxlanmışdır. Bərdə rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulması ilə atəşə tutulmuş ərazilərinə yaxın yerlərdə hərbi təyinatlı obyektlərin olmaması, mülki əhaliyə qarşı istifadəsi beynəlxalq hüquqla qadağan edilmiş silahların tətbiqi, qəsdən mülki əhalinin bütövlüklə və ya qismən məhv edilməsinə yönəlmiş hücumların edilməsi, mühüm dağıntılara səbəb ola bilən müharibə üsullarından istifadə olunması, hərbi hədəf olmayan təhsil, səhiyyə, sosial xidmət müəssisələrinin hücumlara məruz qalması, habelə dinc insanların həlak olması, onların sağlamlığına zərər yetirilməsi, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlərin (terror aktlarının) həyata keçirilməsi faktlarının mövcudluğu Ermənistanın sülh və insanlıq əleyhinə, müharibə, habelə ictimai təhlükəsizlik əleyhinə olan cinayətləri törətməsini bir daha təsdiq edir. Bütün bunlar isə beynəlxalq hüquq normaları ilə müəyyən olunmuş fundamental insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasıdır.
Ermənistan Respublikasının silahlı qüvvələrinin ballistik raketlərdən və ağır artilleriyadan istifadə etməklə Azərbaycanın qədim tarix və mədəniyyət mərkəzlərindən biri olan Bərdə rayonunu atəşə tutması nəticəsində mülki əhali arasından ümumilikdə 27 nəfər həlak olmuş, 105 nəfər yaralanmış, mülki infrastruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə, o cümlədən nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir.
Bununla da Ermənistan Respublikası beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən beynəlxalq humanitar hüquq normalarını, xüsusilə də “Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında” 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının, habelə 26 oktyabr 2020-ci il tarixdə saat 08.00-da qüvvəyə minmiş 3-cü humanitar atəşkəs rejiminin tələblərini məqsədli olaraq kobud şəkildə pozmuşdur. Ermənistan Azərbaycanın tarixi-mədəni irs mərkəzlərindən biri olan qədim Bərdə şəhərinə raket zərbələri endirməklə bir daha özünün təcavüzkar və işğalçı mahiyyətini nümayiş etdirmişdir. “
Bərdə rayonuna Ermənistanın hərbi təcavüzü barədə dünya ictimaiyyətinə, bir neçə qurumlara bir çox müraciətlər oldu, ancaq Ombudsmanın dünya ictimaiyyətini bu vəhşiliklə yaxından tanış olmağa çağırışı daha tutarlı oldu və ünvana tez bir zamanda çatdı.
Belə ki, Bərdə rayonu ərazisində sülh və insanlıq əleyhinə (əhalinin məhv edilməsi), müharibə (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), ictimai təhlükəsizlik əleyhinə (terrorçuluq) cinayətləri törətməklə çoxsaylı insan tələfatına və dağıntılara səbəb olmuş, Ermənistanın təcavüzkar mahiyyəti barədə həqiqət və reallıqları diqqətə çatdırmaqla onların beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, bu işğalçı dövlətə qarşı beynəlxalq hüquqla nəzərdə tutulmuş sanksiyaların tətbiq olunması məqsədilə Azərbaycan Ombudsmanı tərəfindən 2020-ci ilin 27 oktyabr və 28 oktyabr tarixlərində dünya ictimaiyyətinə çağırışlar etmişdir. Nəzərə alsaq ki, 21-ci əsr informasiya əsridir, Ermənistanın öz ərazisindən Azərbaycanın Bərdə rayonunda mülki əhalinin sıx yaşadığı əraziləri ballistik raketlərlə atəşə tutması faktı ilə əlaqədar əlavə olaraq, sosial şəbəkələrdə - Twitter4 , Facebook5 , habelə kütləvi informasiya vasitələrində də beynəlxalq hüququn norma və prinsipləri əsasında bu kimi müharibə və terror cinayətlərinin qarşısının alınması istiqamətində təcili tədbirlərin görülməsi ilə bağlı Ombudsmanın dünya ictimaiyyətinə ünvanladığı çağırışlar geniş şəkildə işıqlandırılmışdır.
https://report.az/dagliq-qarabag-munaqishesi/ermenilerin-berdede-toretdiyi-cinayet-emelleri-barede-maariflendirici-carxlar-hazirlanib/ 2 https://ombudsman.az/az/view/news/2171/ombudsmanin-metbuata-achiqlamasi 3 https://ombudsman.az/az/view/news/2177/ombudsmanin-metbuata-achiqlamasi 4 https://twitter.com/az_ombudsman 5 https://www.facebook.com/ombudsman.az/?
Ombudsmanın dərhal hərəkətə keçərək faktaraşdırıcı missiyanın keçirməsinin əsas məqsədi - Ermənistan silahlı qüvvələrinin Bərdə rayonunda beynəlxalq hüquqa açıq hörmətsizlik nümayiş etdirməklə törətdiyi müharibə cinayəti və terror aktı nəticəsində dinc əhali arasında baş vermiş çoxsaylı tələfat, yaralanma halları və müxtəlif mülki infrastruktur obyektlərinin dağıntılara məruz qalması ilə əlaqədar insan hüquqlarının kobud şəkildə pozulmasını təsdiq edən faktların beynəlxalq hüquq normaları çərçivəsində qiymətləndirilməsi və bununla bağlı növbəti hesabatın hazırlanaraq dünya ictimaiyyətinin diqqətinə çatdırılması olmuşdur. Azərbaycan Ombudsmanının faktaraşdırıcı missiya çərçivəsində Bərdə rayonunda həyata keçirdiyi monitorinq səfəri zamanı Ermənistan silahlı qüvvələri tərəfindən hərbi əməliyyatlar zonasından onlarla kilometr uzaqlıqda yerləşən Bərdə rayonunun mülki əhalisinin sıx məskunlaşdığı ərazilərinin qəsdən və məqsədli şəkildə ballistik raketlərlə atəşə tutulması nəticəsində içərisində uşaq, qadın, ahıl insanların da olduğu çoxlu sayda dinc sakinin həlak olması və yaralanması, yaşayış evlərinə və digər mülki infrastruktur obyektlərə ciddi ziyan dəyməsi faktları müşahidə edilmişdir.
https://ombudsman.az/en/view/news/2185/ombudsman-sabina-aliyeva-conducts-fact-finding-mission-to-barda-city
İlkin araşdırmalar zamanı 27.10.2020-ci il tarixdə saat 16 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonunun Qarayusifli kəndinə edilmiş raket hücumu nəticəsində biri uşaq olmaqla, 5 nəfərin həlak olması, 13 nəfər mülki şəxsin yaralanması, 28.10.2020-ci il tarixdə saat 13 radələrində isə Bərdə şəhərində dinc sakinlərin sıx hərəkətdə olduğu və iri ticarət obyektlərinin yerləşdiyi əraziyə raket zərbələrinin endirilməsi nəticəsində 5-i qadın olmaqla 20 nəfərin həlak olması, 8-i uşaq, 15-i qadın olmaqla 70 şəxsin yaralanması, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyməsi faktları öz təsdiqini tapmışdır. Qeyd etmək lazımdır ki, mülki əhaliyə xidmət göstərən Fövqəladə Hallar Nazirliyinin bir əməkdaşı raket atəşi nəticəsində həlak olmuş, bir əməkdaşı isə ağır yaralanmışdır. Bərdə şəhərində faktaraşdırıcı missiya zamanı əldə edilən və Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması faktını sübut edən çoxlu dəlillər var. Araşdırma çərçivəsində o da məlum olmuşdur ki, həkim-stamotoloqun pasiyentə tibbi xidmət göstərdiyi zaman stamatoloji kabinetin yerləşdiyi ərazi də Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulmuşdur. Əgər onlar ərazidən vaxtında uzaqlaşmasaydılar, həyatlarını itirə bilərdilər. Həkimin fəaliyyət göstərdiyi stamatoloji kabinet isə tamamilə istifadəyə yararsız vəziyyətə düşmüşdür.
Mülki əhaliyə qarşı edilən bütün bu hücumlara görə Ermənistanın siyasi-hərbi hakimiyyəti beynəlxalq hüquqi məsuliyyət daşıyır. Ombudsman Bərdədə həlak olmuş şəxslərin yaxınlarına və yaralılara baş çəkmiş, zərərçəkmiş şəhər sakinləri ilə görüş keçirmiş və bu hesabat yerində araşdırma zamanı toplanılmış yuxarıda qeyd olunan faktoloji materiallar əsasında hazırlanmışdır. Faktaraşdırıcı missiya çərçivəsində həyata keçirilmiş monitorinqin nəticələrinə əsasən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Bərdə rayonu ərazisindəki yaşayış məntəqələrini beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə etməklə atəşə tutması insan hüquqları sahəsində qüvvədə olan beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması kimi qiymətləndirilmiş və müəyyən edilmişdir ki, sülh və insanlıq əleyhinə yönəlmiş müharibə və terror cinayətləri törətməkdə davam edən Ermənistan dövlətinə qarşı beynəlxalq səviyyədə insanlıq və ədalət naminə müvafiq sanksiyaların tətbiq edilməsinə ciddi ehtiyac vardır.
https://twitter.com/az_ombudsman/status/132177163593073049https://twitter.com/az_ombudsman/status/131737257628405765/photo/1 9 https://www.amnesty.org/en/latest/news/2020/10/armenia-azerbaijan-first-confirmed-use-of-cluster-munitions-by-armenia-cruel-and-reckless/ 10 https://ombudsman.az/en/view/news/2134/ombudsman-sabina-aliyeva-conducts-fact-finding-mission-to-ganja-city .
Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın Bərdə rayonunda baş vermiş insan tələfatı və dağıntıları əks etdirən foto-faktlar Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Bərdə rayonunu mülki əhaliyə qarşı istifadə edilməsi beynəlxalq hüquqla qadağan edilmiş silahlardan istifadə etməklə atəşə tutması ilə bağlı faktları əks etdirən foto-görüntülər çoxsaylı insan tələfatı ilə nəticələnmiş dağıntılar barədə aydın təsəvvür yaradır.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Bərdə rayonunda əraziyə baxış zamanı 1 ədəd 300 mm 9M525 tipli raketin və tərkibindəki 72 ədəd 9N235 bombacığının qalıqları aşkar edilmişdir. Bu fakt Ermənistan silahlı qüvvələrinin davamlı olaraq Azərbaycanın mülki əhalisinə qarşı qadağan olunmuş kaset sursatlarından istifadə etdiyini bir daha sübut edir.
Ermənistan silahlı qüvvələrinin ballistik raketlərlə atəşə məruz qoyduğu Azərbaycanın Bərdə rayonu ərazisindən ANAMA tərəfindən aşkar edilmiş və beynəlxalq konvensiyalara görə qadağan olunan kaset tipli raketlərin qalıqları və bombacıqları yazıdakı şəkillərdə öz əksini tapmışdır.
Bununla bağlı qeyd etmək lazımdır ki, Azərbaycan Ombudsmanı beynəlxalq qurumlara, beynəlxalq qeyri-hökumət təşkilatlarına, o cümlədən “Amnesty International” təşkilatına açıq məktub ünvanlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycanlı dinc sakinlərə qarşı qadağan olunmuş silahlardan istifadə edərək mülki əhalini qətlə yetirməsi ilə bağlı məlumat vermiş və Ermənistanın hüquq pozuntularına yol verdiyini bildirmişdir.
http://www.anama.gov.az/news/156 12 https://ombudsman.az/en/view/news/2134/ombudsman-sabina-aliyeva-conducts-fact-finding-mission-to-ganja-city 13 https://www.youtube.com/watch?v=1aJ5JzOvyq0 14 https://ombudsman.az/az/view/news/2102/azerbaycan-respublikasinin-insan-huquqlari-uzre-muvekkili-amnesty-international-teshkilatina-achiqmektub-unvanlayib
“Amnesty International” təşkilatı artıq öz rəsmi internet səhifəsində Ermənistanın münaqişə zamanı mülki əhaliyə qarşı qadağan olunmuş silahlardan istifadə etdiyini təsdiqləmişdir.
Belə ki, həmin təşkilatın böhranla mübarizə üzrə ekspertləri fotolara (Vice News tərəfindən Bərdədə çəkilmiş şəkillər) əsasən, Bərdəyə Ermənistan silahlı qüvvələri tərəfindən atılan raket qalıqlarının Rusiya istehsalı olan 9M55 “Smerç” raketlərinin 9N235 saylı “cluster” tipli sursat parçaları olduğunu təsdiqləyiblər.
Təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Marie Struthers bu barədə açıqlamasında bildirmişdir ki, “kasetli raketlərdən mülki ərazilərə qarşı istifadə etmək amansızlıqdır və məsuliyyətsizlikdir. Bu, çoxsaylı insan itkisinə, yaralanmaya səbəb olur. Kasetli döyüş sursatlarının hər cür şəraitdə istifadəsi beynəlxalq humanitar hüquqa əsasən qadağandır. Hər iki tərəfi kasetli silahların istifadəsindən çəkinməyə və mülki şəxslərin müdafiəsinə üstünlük verməyə çağırırıq” Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərini beynəlxalq səviyyədə qadağan olunmuş silahlardan istifadə etməklə atəşə tutması faktı “Human Rights Watch”ın hesabatında da əks olunmuşdur. Hesabatda eyni zamanda bildirilmişdir ki, beynəlxalq konvensiya ilə qadağan olunmuş silahların istifadəsi mülki əhaliyə və beynəlxalq hüquqa kobud hörmətsizlikdir.
https://www.amnesty.org/en/latest/news/2020/10/armenia-azerbaijan-first-confirmed-use-of-cluster-munitions-by-armenia-cruel-and-reckless/ 16 https://www.hrw.org/news/2020/10/30/armenia-cluster-munitions-kill-civilians-azerbaijan?fbclid=IwAR3xekKv0YE1LkcpoOho6NbINEUYMbxG76MQ27QmvXlEa5mpwwLvCb8YH8
Ümumiyyətlə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Bərdə rayonunu ballistik raketlərdən və ağır artilleriyadan istifadə etməklə atəşə tutması çoxsaylı insan tələfatı və dağıntılarla nəticələnmişdir: Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Bərdə rayonunu ballistik raketlərdən və ağır artilleriyadan istifadə etməklə atəşə tutması nəticəsində fərdi və çoxmənzilli yaşayış evləri, inzibati binalar, tibb müəssisələri, ticarət mərkəzləri və digər çoxsaylı mülki infrastruktur obyektləri dağıntılara məruz qalmış, nəqliyyat vasitələri yanaraq sıradan çıxmışdır: Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Bərdə rayonunu ballistik raketlərdən və ağır artilleriyadan istifadə etməklə atəşə tutması nəticəsində 3,8 hektar ərazini əhatə edən Bərdə Olimpiya İdman Kompleksinin hər iki binası tamamilə yararsız hala düşmüşdür: Ermənistanın qadağan olunmuş silahlardan istifadə etməklə Azərbaycanın mülki əhalisinə qarşı müharibə və terror cinayətləri törətməsi beynəlxalq hüquqi məsuliyyət yaradır 27-28 oktyabr 2020-ci il tarixlərində Ermənistan silahlı qüvvələrinin beynəlxlıq hüquqa əsasən mülki əhaliyə qarşı istifadə edilməsi qadağan edilmiş silahlardan istifadə etməklə Azərbaycanın qədim tarixə malik rayonlarından biri olan və döyüş əməliyyatları zonasından uzaqda yerləşən Bərdənin yaşayış məntəqələrini ağır artilleriya və ballistik raketlərlə atəşə tutması nəticəsində çoxsaylı insan tələfatı və dağıntıların baş verməsi faktının sülh və insanlıq əleyhinə yönəlmiş müharibə və terror cinayətləri kimi qiymətləndirilməsinin aşağıdakı beynəlxalq hüquqi əsasları mövcuddur: Azərbaycanın Bərdə rayonunun yaşayış məntəqələrini atəşə tutmaqla Ermənistan silahlı qüvvələri əvvəlki xislətinə uyğun olaraq 26 oktyabr 2020-ci il tarixdə saat 08.00-da qüvvəyə minmiş 3-cü humanitar atəşkəs rejimini də qəsdən kobud şəkildə pozmağa davam etmişdir.
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Bərdə rayonunda mülki əhaliyə qarşı qadağan olunmuş kaset bombalardan istifadə etməsi faktı artıq “Amnesty International” və “Human Rights Watch” beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən də təsdiq edilməklə hesabatlarında öz əksini tapmışdır.
Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna əsasən müharibə cinayəti sayılan əməllərə görə beynəlxalq hüquqi məsuliyyət müəyyən edilməlidir.
Beynəlxalq sülhün və təhlükəsizliyin əsas təminatçısı kimi çıxış edən BMTnin Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrində Ermənistanın Azərbaycan ərazilərinə hərbi təcavüzü ilə əlaqədar münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli üzrə siyasi prosesin hüquqi çərçivəsi müəyyən edilmişdir. Bu qətnamələrdə bir daha Azərbaycan ərazilərinin işğalı pislənilir, güc tətbiqi vasitəsilə ərazi iddialarının reallaşdırılması qəbul edilmir, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı bir daha təsdiq olunur və işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilir. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini yerinə yetirməyən işğalçı Ermənistan Respublikasının Azərbaycanın mülki əhalisinin kütləvi şəkildə məhv edilməsi məqsədilə qadağan olunmuş silahlardan mütəmadi şəkildə istifadə etməsi nəticəsində çoxsaylı insan tələfatının baş verməsi sülh və insanlıq əleyhinə yönəlmiş müharibə və terror cinayətləri kimi beynəlxalq hüquqi məsuliyyət tədbirlərinin müəyyən olunaraq tətbiq edilməsi üçün hüquqi zəmin yaradır.
BMT Baş Məclisinin 86-cı plenar iclasında “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” başlığı altında 14 mart 2008-ci il tarixində qəbul edilmiş
17 http://unscr.com/en/resolutions/822 18 http://unscr.com/en/resolutions/853 19 http://unscr.com/en/resolutions/874 20 http://unscr.com/en/resolutions/884 21 https://www.mfa.gov.az/en/content/110/
munaqisenin-huquqi-aspektleri 20 62243 saylı Qətnaməsində “Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinə və ərazi bütövlüyünə hörmət və dəstək” təkrarlanmış, “bütün Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının bütün işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” tələb olunur və “heç bir dövlətin Azərbaycan Respublikası ərazilərinin işğalı nəticəsində yaranan hüquqi vəziyyəti tanımamalı və bu vəziyyətin qorunmasına yardımçı və ya kömək etməməli olduğu” bəyan edilmişdir. Lakin BMT-nin Nizamnaməsinin, beynəlxalq hüququn norma və prinsiplərinin, o cümlədən beynəlxalq humanitar hüquq normalarının, xüsusilə də “Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında” 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının, “Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında Haaqa Konvensiyası”nın, habelə “Uşaq hüquqları haqqında Konvesiyası”nın müddəaları təcavüzkar Ermənistan dövləti tərəfindən mütəmadi olaraq kobud şəkildə pozulmaqda davam edir.
BMT-yə üzv olan dövlətlərdən biri kimi Ermənistan Respublikası qadınların və uşaqların müdafiəsi üçün mühüm təminatlar verən 1925-ci il Cenevrə protokolu və 1949-cu il Cenevrə Konvensiyaları22, həmçinin, “Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında Konvensiyası”, “Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında Haaqa Konvensiyası”, silahlı münaqişələr dövründə insan hüquqlarına hörmət edilməsinə aid digər beynəlxalq hüquqi aktlarla üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirməli olduğu halda icra etmir.
BMT-nin “Uşaq hüquqları haqqında Konvensiyası”nın 38-ci maddəsinə əsasən iştirakçı dövlətlər silahlı münaqişələr zamanı onlara tətbiq edilən və uşaqlara aidiyyəti olan beynəlxalq humanitar hüquq normalarına hörmət bəsləməyi və onlara əməl olunmasını təmin etməyi öhdələrinə götürürlər. Silahlı münaqişələr zamanı mülki əhalinin müdafiəsi ilə bağlı beynəlxalq humanitar hüquq üzrə öz öhdəliklərinə uyğun olaraq iştirakçı dövlətlər silahlı münaqişənin toxunduğu uşaqların müdafiəsini və onlara baxılmasını təmin etmək üçün bütün mümkün tədbirləri görürlər.
Lakin Ermənistan dövləti iştirakçısı olduğu bu sənədin normalarını da kobudcasına pozmaqda davam edir.
BMT-nin “Uşaq hüquqları haqqında Konvensiyası”nın 45-ci maddəsinin “a” bəndinə əsasən BMT-nin ixtisaslaşmış qurumlarının, o cümlədən UNICEF-in səlahiyyəti vardır ki, bu Konvensiyanın onların səlahiyyət dairəsinə daxil olan müddəalarının həyata keçirilməsi məsələlərinə baxılmasında təmsil edilsinlər. Eləcə də Komitə (CRC) məqsədəuyğun saydığı halda BMT-nin ixtisaslaşmış qurumlarına, UNICEF-ə və digər səlahiyyətli orqanlara təklif edə bilər ki, onların müvafiq səlahiyyət dairəsinə daxil olan sahələrdə Konvensiyanın həyata keçirilməsi barədə məruzələrini və ekspertlərin rəyini təqdim etsinlər.
Bu baxımdan həmin Konvensiyanın müddəalarının və uşaqların ən ümdə maraqlarının Ermənistan tərəfindən kobud şəkildə pozulması nəzərə alınmaqla Komitə təcili olaraq təcavüzkar Ermənistana qarşı xüsusi prosedurun başladılması
https://www.icrc.org/en/doc/assets/files/publications/icrc-002-0173.pdf 23 http://scfwca.gov.az/store/media/U%C5%9Faq%20h%C3%BCquqlar%C4%B1%20haqq%C4%B1nda%20BMT%20Konvensiyas%C4%B1.pdf 24 https://www.ohchr.org/en/professionalinterest/pages/crc.aspx 21
təmin edilməsi ilə bağlı zəruri addımlar atmaq səlahiyyətinə malikdir; BMT-nin Baş Məclisinin 1974-cü il 14 dekabr tarixli Qətnaməsi ilə qəbul edilmiş “Qadın və uşaqların fövqəladə hallarda, silahlı münaqişələr dövründə müdafiəsi haqqında Bəyannamə”də də vurğulanır ki, mülki əhaliyə, xüsusilə, əhalinin ən müdafiəsiz hissəsi olan qadınlara və uşaqlara saysız-hesabsız əzab-əziyyət gətirən hücum edilməsi qadağandır və belə hərəkətlər pislənməlidir.
Avropa İnsan Hüquqları Məhkəməsinin Çıraqov və digərləri Ermənistana qarşı işi üzrə qərarında Ermənistanın Dağlıq Qarabağ və Laçın da daxil olmaqla, ətraf əraziləri öz nəzarəti altında saxladğı bildirilir. Məhkəmə Ermənistanın Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci (mülkiyyət hüququ), 8-ci (şəxsi və ailə həyatına hörmət) və 13-cü maddələrini (effektiv vasitə) pozmaqda davam etdiyini qərarında təsdiq etmişdir.
https://www.un.org/en/genocideprevention/documents/atrocity-crimes/Doc.19_declaration%20protection%20women%20armed%20conflict.pdf 26 https://hudoc.echr.coe.int/eng#{%22itemid%22:[%22001-155
05/1621343097_186501679_2646640418968046_1830728467714052477_n.jpg[/medium]
Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi insanlığa sığmayan bu kimi qatı cinayət əməlləri həyat və sağlamlıq üçün ciddi təhlükədir və bu təcavüz aktı beynəlxalq və regional təşkilatları, dünya dövlətlərini, milli insan hüquqları təsisatlarını ciddi şəkildə narahat edərək işğalçı Ermənistan Respublikasına qarşı hüquqi sanksiyaların tətbiq edilməsi ilə bağlı konkret tədbirlərin görülməsi üzrə səylər göstərməyə vadar etməlidir. Hazırkı reallıq isə budur ki, Ermənistanın Azərbaycan ərazilərinə qarşı hərbi təcavüzü ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən hələ də konkret hüquqi məsuliyyət müəyyən edən tədbirlər həyata keçirilmir və bu hərəkətsizlik insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması ilə nəticələnir. BMT-nin Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycan ərazilərinə hərbi təcavüzü ilə əlaqədar münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli üzrə siyasi prosesin hüquqi çərçivəsini müəyyən edən 822, 853, 874 və 884 saylı qətnamələrini yerinə yetirməyən, mütəmadi olaraq hərbi təxribatlar törədərək ədalətli sülhün əldə olunması təşəbbüslərinə zərbə vuran, BMT Baş Məclisi tərəfindən 2006 və 2008-ci illərdə qəbul olunmuş “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamələrinə, BMT-nin “Uşaq Hüquqları haqqında Konvensiya”sına, BMT Təhlükəsizlik Şurasının “Silahlı münaqişələr zamanı uşaqların qorunması tədbirləri haqqında” 2427 saylı qətnaməsinin də tələblərinə əməl etməyən işğalçı Ermənistana qarşı ciddi sanksiyalar tətbiq edilmir.
İşğalçılıq siyasətini davam etdirən Ermənistan Respublikası Azərbaycan Respublikasının mülki əhalisinin həyat və sağlamlığına, mülkiyyətinə qəsd edilməsinə, region üçün də dərin ekoloji fəlakət riskinin yaranmasına, beləliklə də fiziki və ekoloji terror cinayətlərinə son qoymalıdır. Beynəlxalq təşkilatlar, dünya dövlətləri, xarici ölkələrdə fəaliyyət göstərən Ombudsman təsisatları və digər milli insan hüquqları institutları ədalətli mövqe nümayiş etdirməlidirlər. Dünya ictimaiyyəti sabitliyə, sülhyaratma proseslərinə dəstək verməli, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş torpaqların tezliklə, qeyd-şərtiz və dinc yolla azad edilməsi ilə bağlı qətiyyətli addımlar atmalı və işğalçı Ermənistanla bağlı beynəlxalq hüquqi məsuliyyət müəyyən edən təcili tədbirlər görülməklə ədalət və insanlıq naminə fəaliyyət həyata keçirməlidir. Bərdə və digər yaşayış məntəqələrində mülki əhalini hədəf alan Ermənistanın hərbi təxribatları fundamental insan hüquq və azadlıqlarının təmininə ən böyük təhlükə kimi qiymətləndirilməlidir. Milli insan hüquqları təsisatları Ermənistan tərəfindən mülki əhaliyə, xüsusi ilə uşaqlara qarşı törədilən müharibə və terror cinayətləri kimi insan hüquq pozuntularına dair sübutlara beynəlxalq hüquqi qiymət verilməsi üçün faktaraşdırıcı missiya əsasında birgə monitorinqlər həyata keçirilməlidir.
DİASPOR.İNFO
BAKI ŞƏHƏRİ.