Serbiya son rəsmi məlumatlara görə, Rusiyanın "Sputnik V" peyvəndinin ölkədəki ən təhlükəsiz peyvənd olduğunu təsdiqləyib. Diaspor info-nun xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın İnvestisiya Fondu açıqlamayıb.
Tətbiqindən sonra heç bir ciddi yan təsiri qeydə alınmayan "Sputnik V" peyvəndi ölkədəki ən təhlükəsiz peyvənd profilinə malikdir. "Sputnik V" peyvəndinin tətbiqindən sonra ölüm və qan laxtalanma hallarının baş vermədiyi bildirilib.
Serbiya, "Sputnik V" sayəsində peyvəndləmə nisbətinə görə Avropada liderdir. "Sputnik V" Serbiyanı koronavirus əleyhinə peyvəndlənmə sahəsində Avropada lider olmasını təmin edib. İndiyə qədər Serbiya əhalisinin dörddə biri ölkədə mövcud olan "Sputnik V" ilə tam peyvəndlənib. Bu nisbət Avropadakı orta peyvənd nisbətinin iki qatına bərabərdir.
Müəllif: Qönçə Quliyeva