"Yunanıstanla 25 maddədə razılaşdıq…" - Çavuşoğlu
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Yunanıstan xarici işlər naziri Nikos Dendias ilə ortaq bir mətbuat konfransı təşkil edib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, nazir Çavuşoğlu, “Artıq bir fəaliyyət və əməkdaşlıqla bağlı dəqiq layihələr üzərində işləməyə başladıq. Yunan tərəfi ilə 25 maddədə bir fikir birliyinə gəldik “- deyib.
Türkiyə və Yunanıstan Covid-19 vaksinlərinin qarşılıqlı tanınması barədə razılığa gəlib. Çavuşoğlu açıqlamalarında bəzi məqamları qeyd edib: "İndi bir fəaliyyət və əməkdaşlıq fokusu ilə dəqiq layihələr üzərində işləməyə başladıq. 25 maddədə orta məxrəcə gəldik. Türkiyə olaraq, Yunanıstanla ikitərəfli münasibətlərimizi hər hansı bir şərt olmadan inkişaf etdirmək üçün dialoq və danışıqlara hazırıq".
Lətifə Abdıyeva