Minsk və Moskva Krıma uçuşların açılması mövzusunda çalışır. Diaspor info RİA Novostiyə istinadən xəbər verir ki, bu sözləri Belarusiya prezidenti Aleksandr Lukaşenko söyləyib.
"Ukrayna səmanı bizim üçün bağlayıb. Krımda, Misxorda insanların həmişə səyahət etdiyi və uçduğu öz sanatoriyamız var. Münasibətləri gərginləşdirməmək üçün bəziləri qatarla, bəziləri maşınla, bəziləri də təyyarə ilə olmaqla biz Ukrayna ərazisindən keçirik. İndi səmanı bağlayıblar", deyə Belarus lideri bildirib.
Onun sözlərinə görə, rusiyalı həmkarına bu problemi ortaq şəkildə həll etməyi təklif edib.
“Putinə dedim ki, Krıma necə gedə biləcəyimizi düşünsün. Polşadan ki, keçməyəcəyik və ora da icazə verilmir", deyə yerli “Belta” nəşri Lukaşenkodan sitat gətirir.
Xatırladaq ki, bir qədər əvvəl Belarusiya "Belavia" hava daşıyıcısının baş direktoru İqor Çerqines hələ yarımadaya uçma planlarının olmadığını qeyd etmişdi. Onun fikrincə, bundan əvvəl "bölgənin Rusiyanın bir hissəsi kimi siyasi tanınması" olmalıdır.
Diqqətə çatdıraq ki, Vladimir Putinin keçən il dediyi kimi, Krımla Belarus arasında, Ukrayna ilə yaxşı qonşuluq münasibətləri qurmağa çalışan Lukaşenkonun mövqeyi üzündən nəqliyyat əlaqəsi yoxdur.
Müəllif: İnam Hacıyev